Qələbə günü: Alman haqlıydı, ya rus?
Tarix: 12-05-2022, 15:01
Baxılıb: 1 558
Google+ Paylaş
Tumblr Paylaş

Qələbə günü: Alman haqlıydı, ya rus?

12-05-2022, 15:01

Müharibələrin fəsadları hər zaman ağrılı, acılı, unudulmaz olur. Ay sizin naxçıvanlılar demişkən qadıavzı alım, bu İkinci Dünya müharibəsinin isə, ağrı acısından əlavə qələbəsi də başı bəlalıdır. Bax canım sizə desin Rusiyanın ən yaxın dostumu deyim, vassalımı deyim, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da, 9 may qələbə gününü qeyd etməkdən imtina etdilər. Hələ lap əvvəllərdən qələbə paradından imtina edən gürcü və erməniləri demirəm. Biz isə hələ də tərəddüd edirik. Bir qismimiz rus işğalçılarnı söyür, digər qismimizdə rusun arxasından boylanıb alman faşistlərini. Hələ tam qərar verə bilməmişik ki, alman haqlıydı, ya rus? Putin qaqaşsa tək-tənha qaldı "Qırmızı meydan"da. Əşi deyəsən elə tək qalmağı haqq elədi bu Putin brat. Bu bratın üzündə deyəsən, "sovsem" su yoxmuş ki. O, gözəl Ukraynanı al qana biləyəsən, şəhərləri xaraba qoyasan, sonra da durub deyəsən ki, "əziz ukraynalılar s prazdnikom den pobeda". 
Ay ellər bunu hansı kitab yazar, hansı kitabda oxunar, insanda həya yaxşı şeydir. Ukraynalılar da iddia edir ki, bəs rusların paradda nümayiş etdikləri hərbi texnikanın azlığının səbəbi, Ukraynadakı müharibədə həmin texnikanın çox hissəsinin məhv edilməsidir. Deyəsən bu parad Rusiyanın axırıncı qələbə paradına oxşayırdı. Biri bu Vladimiri başa salmadı ki, artıq 21-ci əsrdir, əl çək işğalçılıq siyasətindən. Tək postsovet ölkələrində deyil, dünyanın harasına baxırsan orda bir "mağlətə" salan rus barmağıynan qarşılaşarsan.  
Yazıq Sergey Andreyevin nə günahı vardı onu atdın varşavalıların əlinə. Polşalıların da insafı yoxdur ki, bədbəxt Sergeyi al qana buladılar. Amma insafən desək və yaxud da mənə elə gəlirdiki, Sergey rus olmağından çox utanır.
İranlılar demişkən, bu Əmrikada qəribə ölkədir eyy, vallah. 2-ci Dünya müharibəsində ruslara Lend-lease (ingiliscə lend borc vermək, lease, kirayə vermək) proqramı ilə yardım edib, ruslara 9 may qələbəsini verdilər, indi isə ukraynalılara həmin proqramla yardım edərək onlara hansısa qələbə gününü bəxş etmək istəyirlər. Nə bilim vallah, yenə pənah Allahadır.
Ədib İsaoğlu


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ