Arada dəli şeytana da qulaq asmaq lazımdır…
Tarix: 28-04-2022, 09:03
Baxılıb: 2 045
Google+ Paylaş
Tumblr Paylaş

Arada dəli şeytana da qulaq asmaq lazımdır…

28-04-2022, 09:03

Ədib İSAQOĞLU
Naxçıvan Muxtar Respublikasında dədə-babadan qalmış adət-ənənələrimiz yaşadılmaqda davam etdirilir. Bunlardan biri də, bu yaxınlarda Şərur rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilmiş kətə festivalı idi (Ta kətənin nə olduğunu izah etməyəcəm. Bilənlər bilməyənlərə desin ki, söhbət göy qutabından gedir). 
Əla ideya idi. Adamın üstündə Allah var, gözəl təşkil olunmuşdu. Təndirlər yanır (onu deyim ki, təndir kətəsinin ləzzəti əvəzsizdir), gözəl-göyçək nənələr xəmir yoğurur, kündə salır, şappır-şuppurla gəc, oxlovunan xəmiri yayıb içinə ləzzətli və müalicəvi bitkilər olan "quşəppəyi", "gicitkən", "çiriş", "qazayağı", "şomun", “quzuqulağı” və sair pencərləri doldurub vururlar təndirin badına. İsti kətənin içinədə bir qaşıq inək yağı qoydunmu, ta sən dünyanın naz-nemətini yemiş oldun. Bir söznən festivala söz ola bilməzdi. 
Hə, onu deyirəm axı, kətənin içinin məhsulları, yağışla, suyla bitən bitkilər idi. Çox təəssüf ki, havaların quraqlıq keçməyi bitki və otların da bitməməsinə güclü təsiri var. Yaxşı, o gözə görsənməyən yaradan yağışı yağdırmır bizə qəzəbi tutub deyək, bə bu göl sularını buraxan, su idarəsinin kişiləri niyə suları açmırlar görəsən? Suları açsaydılar, per-pencər cücərərdi, bizdə kətədən qutabdan bişirib yeyərdik. Bu məqamda İsa babanın sözü düşür adamın yadına. Rəhmətliyin birinə acığı tutanda deyirdi: "Bu, çörək tapacaq ey, arasına qoymağa bir şey tapa bilməyəcək". İndi biz o durumdayıq bax, kündəmiz hazırdır, içinin ədvasının bitməsini gözləyirik.
O, gözə görünməz Ulu Tanrıdan arzum odur ki, yağışını, suyunu bol eləsin, bizdə bal, kətə, göycə festivalları, kənd təsərrüfatı yarmarkaları keçirə bilək.
Bu tərəfdən də dəli şeytan bilirsiniz qulağıma nə pıçıldayır? Deyir a kişi, sən Tanrının işinə niyə qarışırsan, özü bilər, istər yağış yağdırar, istər quraqlıq edər. Sən ən yaxşısı get o kişidən Sultan Dadaşov kimi bir dayı istə, sonra da min bahalı bir "Lexus"a düş şəhərin canına. Kimdir sənə söz deyən birini söy, o birini döy…
Bir xeylaq fikirləşəndən sonra qərara gəldim ki, arada bu dəli şeytanada qulaq asmaq lazımdır ey, vallah. Bundan sonra lənət şeytana sözünü 10-15 dəqiqə fikirləşmədən demiyəcəm.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ