Rus əsgəri ilə "mama"sının dialoqu
Tarix: 15-03-2022, 09:21
Baxılıb: 1 906
Google+ Paylaş
Tumblr Paylaş

Rus əsgəri ilə "mama"sının dialoqu

15-03-2022, 09:21

Ədib İsaoğlu
Rusiyanın Ukraynaya hücumunun birinci günü, 18 yaşı təzəcə tamam olmuş yüzlərlə ölü, onlarla əsir düşmüş  Rus gəncləri. Hücuma məruz qalan qəhrəman Ukrayna xalqı isə əzmlə öz vətənlərini qoruyurlar. Əsirlərlə mülayim və mehriban davranan Ukraynalılar onları valideyinləriylə görüntülü danışdırırlar.   
    - Alo, mama (ağlamsınır)
    - Eşidirəm mənim "aslan" oğlum.
    - Mamoçka, mən yaxşı deyiləm.
    - Niyə oğul, sənə nə olub? Papan deyir ona "posılka" göndərim?
    - Nə "posılka" mama, (hönkürür) mən Ukraynadayam. Biz burda önümüzə keçənləri güllələyirik yaşlı, cavan, uşaq.
    - Nə Ukraynası oğul, sən Putin atanın mülkümüzə mülk qatdığı Krımda deyilsən?
    - Mamulya, nə Putin. Putin bizi elə çıxılmaz bəlaya saldı ki, bu bəladan çıxmaq çox çətin olacaq. Biz burda Ukrayna xalqını güllələyirik, Ukraynalılar isə, bizə cəhənnəm yaşadırlar mama. Mən isə yaxşıca baş ışlətdim. Aradan cırıb, əsir düşərək canımı qurtarmışam.
    - Sınok, sən nə danışırsan, dünyanın yarısını sənin Putin papan işğal edib, dünyanın tamamı isə ondan qorxur. Ukraynalılar kimdir ki, səni əsir götürsün?
Öz telefonu ilə Rus Nataşanı oğluyla calaşdıran Ukraynalı xanım Alyona ədəb-ərkanla və nəzakətlə söhbətə qarışır.
    - Nataşa, heç narahat olmayın oğlunuz bizimlədir ondan qətiyyən nigaran olmayın.
Nataşa bir az daha da lovğalanır.
    - Əlbətdə nigaran olmayacağam, axı o dünyanın ən güclü ölkəsi olan Rusiyanın vətəndaşıdır, siz ona nə edə bilərsinizki?
Nataşanın  Pyotrdan, Nikolaydan, Lenindən, Putindən uzü bəri, işğalçılıqlarına, hegemonçuluqlarına arxalanaraq lovğalanmağına əsəbləşən Alyona sərt şəkildə deyir:
    - Nataşa, iş ki, bu yerə çatdı, Putin yox, onun dədəsi Vladimirdə gəlsə oğlunu səndən başqa heç kimə verməyəcəyik. O, vaxta qədər ki, özün gəlib vəhşiliklərinizi görməyənəcən.
Və telefon sönür.
    Cənab Putin, sən öz şər əməllərinə, sadə, mehriban olan bir çox Rus vətəndaşlarını da alət elədin.  

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ