Yaşasın "DAY-DAY"lar
Tarix: 14-01-2022, 08:38
Baxılıb: 2 282
Google+ Paylaş
Tumblr Paylaş

Yaşasın "DAY-DAY"lar

14-01-2022, 08:38

Ədib İSAOĞLU
     Əsgər yoldaşım böyük yerdə işlədiyindən, o da mənim üçün böyük kişilərdən sayılır. Yəni bir növ onu özümə day-day hesab edirəm. Hamımız çox gözəl bilirik ki, dayın olmasa indiki zəmanədə yaşamaq asan deyil. Allah mənimdə dayımı mənə çox görməsin. İldə bir və ya iki dəfə görüşməyimizə baxmayaraq mən onunla fəxr edirəm. Kişi mənim kimi avara deyil ki tez-tez görüşək. O, böyük adamdı axı, zarafat deyil ey day-dayım rayon icra hakimiyyətində təmizləyicidir Bəlkə də,inanmayacaqsınız, amma dayım and içir ki, keçən il, düz iki dəfə icra başçısının maşınını təmizləməyi ona həvalə ediblər. Bundan böyuk iş varmı?
    ... Yeddicə dənə toyuğumuz var idi. Yeddi toyuğun beşini kəndimizin fermeri yetim Isanın 25 sahibsiz iti elə həyətdəncə oğurlayıb aparmışdı. Arvadağa da hər toyuq getdikcə yetimin qarasıca danışırdı.
    - Dayanın, bizimdə icrada adamımız var sizdən şikayət edəcəyik.
Hər toyuq gedəndən sonra mənim günüm qapqara olurdu.
    - A kişi, nə oturubsan evdə get əsgər yoldaşına denə, oda yuxarılara desin bəlkə bu iki toyuğu qurtaraq da.
Ta getməməkdə mümkün dəyildi. O, iki toyuğun dörd günlük yumurtasınıda cibimə qoyub getdim dostumun qəbuluna. Əsgər yoldaşım olanda nə olar, indi kim-kimin işini təmənnasız aşırır?
Kaş getməz olardım, a kişi, bu qəbula girmək nə çətin iş imiş.
Məni birinci qarşılayan icra hakimiyyətinin bağbanı oldu. Niyə gəldiyimi, kiminlə görüşəcəyimi, təxribatçı olub olmamağımı ta nə başınızı ağrıdım saat yarım sorğudan tər-təmiz çıxandan sonra məni təhvil verdi qapıda duran polisə. Allaha şükür olsun ki, iki saatdan artıq çəkən, polisin sorğusundanda təmiz çıxdım. Qaragöz polis məni bir saat gözlədəndən sonra da, qəbul şöbəsi məni çağırdı hüzuruna. Elə təzəcənə qəbul otağına qədəm qoymuşdum ki, qalistuku dizinə düşən, arıq şöbə müdiri genələ-genələ dedi:
    - Qəbul vaxtı qurtardı get gələn həftənin bu günü gələrsən.
Elə ordaca bir lətifə yadıma düşdü.
    Bir nəfər bizimkilərdən Amerikada olarkən baxır bir yekəpər zənci qadın qarşısına yazılı kağız qoyub. "Təzə sağılmış süd stəkanı 5 dollar". Bizim maraqlı tez yaxınlaşıb 5 dollarını uzadıb bir stəkan süd almaq arzusunda olduğunu deyir. Yekəpər zənci qadın həmən sinəsini açıb, stəkana fışhafışla süd sağmağa başlayır. Bizimki heyrətdən gözləri bərələ halda üz gözünü turşudaraq ordan qaça-qaça düşünür, "Yaxşı ki, mən bundan pivə istəmədim".
İndi deyirəm yaxşıki, mən icra başçısıyla görüş istəməmişəm yoxsa bircə ilim hədər gedərdi.
Əsgər yoldaşımla görüşməyim cəhənnəmə, icranın buz tutmuş pilləkanlarindən ayağım necə sürüşdüsə, cibimdəki yumurtaların şirəsi bədənimə qədər işlədi. Siz qəbula gedəndə yaş və qırılacaq rüşvət götürməyin quru manatdan zaddan götürün. Dayılara eşq olsun, yaşasın dayılar.
 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ