Çörək haqqı...
Tarix: 8-01-2022, 08:16
Baxılıb: 2 291
Google+ Paylaş
Tumblr Paylaş

Çörək haqqı...

8-01-2022, 08:16

  Ədib İsaoğlu
 Taa qədimlərdən üzü bəri Oğuz Türk ellərində çörək müqəddəs olub. Çörək o qədər müqəddəs olub ki, birgə kəsilən çörəyə görə qan bağışlanıb, əziz qonağı düz (sədaqət, inam, dürüstlük, mərdlik anlamında) və yaxudda duz çörəklə qarşılayıblar. Ən başlıcası isə çörəklə, şahlar, xanlar, bəylərdən tutmuş, kəndçisindən nökərinə qədər heç kim-heç kimi çörəklə sınağa çəkməyə cürət etməyib. Hətda çörək, ən müqəddəs and yeri olub bu yurdun, bu elin, bu obanın. Bu andlar hamımızın işlətdiyi terminlərdir. O, kəsdiyimiz çörəyə and olsun, çörək gətir əl basım, çörək haqqı mənim bu işlə əlaqəm yoxdur və sair.
    Çörək haqqı...  
    Çörək haqqı çox ağır olur bəylər.    
    Çox gözəl yadımdadır nur üzlü anam həmişə xəmir yoğuranda, xəmiri yaxşıca qarışdırmaq üçün, sırfanın (süfrənin) arasında yaxşı-yaxşı ayaqlayırdı.(Təbiidir ki, iki kisə unun xəmirini əldə yoğurmaq qətiyyən mümkün deyil). Amma ayaqlamamışdan qabaq, xəmirdən bir parça qoparıb başına qoyurdu. Mənə çox maraqlı olduğu üçün, həmən sarılırdım suala.
    - Ana, xəmiri niyə başının lap təpəsinə yapışdirdin?
    - Ay bala xəmirin-çörəyin üstünə çıxmaq çox günahdır. Məndə xəmiri başıma qoyuram ki, çörək məndən ucada dursun, sonra mən çıxım xəmirin üstünə.
Demək mənim ulu anam çörəkdən bir növ icazə alarmış.
    Bə siz kimdən icazə alıb unun-çörəyin qiymətini qaldırdınız cənab dəllal məmur bəylər?
    Çörəkdənmi? Yox sizin buna gücünüz çatmaz. Çünki, siz çörəyidə aldadırsınız. 1 kq. olacaq çörəyi, 700 qr. çəkiyə satdırırsınız.
    Undanmı icazə aldınız? Yenədə yox məncə. Qazaxstandan, yemək üçün nəzərdə tutulmayan nə bilim neçənci növ buğdanı ucuz qiymətə alıb, baha qiymətə sıradınız millətə əla növ adına. Demək unun da yanında xəcalətlisiniz.
    ...Lənət şeytana bu Qazaxstan hardan düşdü ortaya. Deyir orda da maşınlar üçün satılan propan qazının qiymətini qaldırıb "Qazaxqaz" və yaxudda digər adıyla "Qazqazax". Qazın haa, çörəyin yox. Həmdə əhali üçün satılan təbii qazın yox. Əhh bu Qazax qardaşlarımızda lap bambılıdırlar eyy. Gör nəyin üstündə mağlətə salırlar.
    Hə, orda qalmışdıq çörək haqqında. Hətta ceyran kababınıda bulkuyla yeyən işbaz məmur bəylər, siz heç satdığınız unun dadını bilirsiniz? Millət sizin kimi varlı deyil ki, 4-cü növ unu 10 manat bahasına alsın. Çörək haqqı, çörək sizi tutacaq, özüdə çox pis.
    Aha deyəsən tutdu axı sizi çörəyin haqqı işbaz lotular? Yazını yazarkən bir xəbər dəydi gözümə ölkə başçısı işbazları kəskin tənqid edib. Eh nə olsun ey, yenə də bu məmurlar milləti yüklədilər. Çörəyin də qiymətini qaldırdılar. Buna da şükür...!
 

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ