"Tovariş uçitel" Abdullayev
Tarix: 4-11-2021, 21:31
Baxılıb: 2 285
Google+ Paylaş
Tumblr Paylaş

"Tovariş uçitel" Abdullayev

4-11-2021, 21:31

Ədib İSAOĞLU
Sentyabr ayının axırlarından başlayaraq 44 günlük müharibədə, Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış igidlərimizin il dönümünü qeyd edirik. Hər dəfə Şəhidlər Xiyabanına, igidlərimizin ziyarətinə getdikcə, o gözəl, körpə balaları gördükcə, kədər, qəhər insanı elə boğur ki, igidlərimizin ruhlarına dua etməyə belə insan çox çətinlik çəkir. Axı onlar tək bir atanın, bir ananın oğlu deyil, onlar bu vətəni sevən hər bir kəsin övladlarıdır. 
Burada söhbət tək 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərdən getmir, həmçinin bura Birinci Qarabağ müharibəsi dövründən üzü bəri şəhid olan igid bacı və qardaşlarımız da daxildir. Təbii ki, şəxsi mənafeləri üçün şəhidlər arasında fərq qoyub özünü millətə nifrət elətdirənlər də var. Çingiz Abdullayev kimiləri.
Çingiz uçitel Abdullayev (uçitel yazmağım əsassız deyil, bu boyda yekəlmiş cayil, hələ də Azərbaycan dilini yaxşı bilmir. Bə bundan ta nə gözləyəsən?) ala-babat fantastik və dedektiv yazılar yazırdı əvvəllər və nağılsevər xalqımız da bu cızma qaraları oxuyub bir neçə saatlıq qəhrəmanlaşırdılar. Ta bir neçə gün bundan əvvəlki müsahibəsinə qədər. Ay zalım oğlu sən məsələnin dadını-duzunu çox qaçırdın. Sənin danışdıqlarına özün inanmadığın kimi, heç rəhbər də inanmadı, ay uçitel. Ona görə də dediklərin boş-boş sözlərə yenidən qayıdıb baş ağrıtmaq istəmirəm. Yalnız onu deyirəm ki, qospadin uçitel, Birinci Qarabağ savaşını sənə xatırlatmağa ehtiyac yoxdur, bu haqda sənə bu qısa zamanda çox anlatdılar vətənsevərlər. Mənim xatırladacağım və tövsiyəm odur ki, vəzifə almaq və yaxud deputat olmaq istəyirsənsə millətin zəif yeri olan şəhidini dilinə alıb millətə sataşma. Yoxsa əksinə olaraq əlindəkiləridə itirərsən. Yaxşı görsənmək istəyirsənsə, odeyy "xammal" müxalifət, get nə qədər bacarırsan emal elə getsin, nə bitər, nə tükənər. Yazdıqca, döşədikcə daha da çox diqqətdə qalacaqsan. Unutma ki, heç Əkrəm Əylisli sənin kimi sataşmamışdı bu millətə.
Bu gözəl millətin ən zəif və ən qürurlandığı and yeri onun şəhididir. Şəhidlərimizin ruhlarını narahat etməyə heç kimin gücü çatmaz, o cümlədən də uçitel sənin. 
Naxçıvanda, həmçinin də Azərbaycanın əksər yerlərində bütün Şəhidlər Xiyabanları yenidən qurulub və cənnət-məkan deyilən bir məkana çevrilib. Ən başlıcası isə, sənin kimilərin acığına, "tovariş uçitel Abdullayev", Birinci Qarabağ savaşından üzü bəri bütün şəhidlərin məzarları yenidən götürüldü. Budur Azərbaycanda şəhidə sayğı…
Bütün şəhidlərin ruhu qarşısında baş əyir, ulu tanrıdan ruhlarının şad olmasını diləyirəm!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ