Yuxarılı məmurlar
Tarix: 28-10-2021, 18:25
Baxılıb: 1 650
Google+ Paylaş
Tumblr Paylaş

Yuxarılı məmurlar

28-10-2021, 18:25

Ədib İSAQOĞLU
Bir gün Molla Nəsrəddin küləkli havada qovud yeyirmiş, daha doğrusu yemək istəyirmiş. Bir başqası molladan soruşur.
- Molla, nə yeyirsən?
Mollada qayıdır ki, - Külək belə əssə heç nə…
Sözüm yuxarının yüksək postlara təyin etdiyi məmurlaradır. Təzəcənə geniş və hər cür şəraitli geniş kabinetə girib, yumşaq kresloya oturar-oturmaz, yuxarının göstəriş və tövsiyələri yaddan çıxır və başlayır "mani-mani" qazanmağın yollarını axtarmağa. Yeni kadrlar, köhnənin verdiyi sərəncamları ləğv edib yenidən satmaq, zavod-fabrik olmadığından sahibkarları soymaq və sair, ilaxır kimi işlərə girişir. İşin pis tərəfindən biridə odur ki, yuxarının göstəriş və təlimatlarının əksini edərək hələ birdə, "yuxarıyla aşağını" üz-üzə də qoyurlar: "Yuxarı bu işə icazə vermir, yuxarıynan danışıb deyərəm, yuxarıdan göstəriş belədir, yuxarı deyəndən sonra mən kiməm" kimi şablon cümlələri hər gün təkrarlayırlar.
Ay sizin başınıza elə yuxarıdanca xırda-xırda daşlar tökülsün. Yuxarı sizi mühüm posta təyin edir ona görə ki, xalqın, əkinçinin, sahibkarın problemləri ilə tanış olub, onlara dəstək olasınız, ta əksinə olaraq millətə problem yaratmayasınız. İqtisadçı olmasam da, əmbə onu eşitmişəm ki, dövlət büdcəsinin yarıdan çoxunu vergi təşkil edir. Bəs belə olduğu halda, niyə bu sahibkarlara dəstək olmursunuz, niyə əkinçiyə vaxtlı-vaxtında su, gübrə, traktoruna ən azından limitnən də olsa yanacaq və bu kimi şəraitləri yaratmırsınız? Bəs axı, yuxarı sizi elə bu problemləri həll etmək üçün göndərməyibmi? Arada geniş və yaraşıqlı kabinetinizdən çıxın və xalqın dərd-səriylə də maraqlanın da nə olar? Çox nadir hallarda həmkarlarınız 65 yaşı tamamlayıb kirimişcə təqaüdə çıxır. Çoxunuzu elə o yumşaq kreslonuzun üstündəcə DTX qardaşlar sığallaya-sığallaya aparır oppalara…
Deyəcəyim odur ki, neçəki yuxarının verdiyi təlimatları yerinə yetirməyibsiniz, əsasən də sahibkarlığa dəstək olub, ölkənin iqtisadiyyatını gəlişdirməyibsiniz, molla deməli, sizin əsdirdiyiniz bu küləknən heç nəyə nail ola bilməyəcəyik.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ