Satqın "qardaş"
Tarix: 24-09-2021, 08:50
Baxılıb: 2 254
Google+ Paylaş
Tumblr Paylaş

Satqın "qardaş"

24-09-2021, 08:50

Ulularımız necə demiş, qardaşın pisinə qurban. Pisinədə qurban olmaq olar ey, ta satılmışına, ittilata işləyəninə yox ki. Onları deyirəm də, tər-təmiz türkcə danışan fars agentlərini (Utanıram onlara millətim deməyə).
Əgər o, TIR sürücüləri gerçəkdən də Cənubi Azərbaycan türkləridirsə onda haram olsun onlara möhtəşəm Türk adı. - Siz Ulu Türkün adına ləkə gətirdiniz. Siz, böyük bir ulusun, millətin Cənubi Azərbaycanımızın adına, orada yaşayan milyonlarla vətənpərvər soydaşlarımızın Qarabağ sevincinə ləkə gətirdiniz. O soydaşlarımızın ki, Araz boyu döyüşə-döyüşə irəliləyən şanlı ordumuzla bərabər, "eşq olsun sənə Azərbaycan əsgəri", "Sən çağır mən gələrəm", "Haray-haray mən Türkəm" şüarları altında, kişi kimi, Türk kimi, qəhrəman millətin övladı kimi birgə irəlilədilər. Amma siz nə etdiniz (çox güman ki ittilatın agentləri olaraq) ata yurdunuz olan Azərbaycanı və öz soydaşlarınızı hay haxçiy Siranuşa şikayət etdiniz. Hələ birdə Siranuşun "kamerasının" qabağında əzilib büzülərək, biraz da özünüzü "kişi" kimi göstərərək müsahibə də verdiniz.
- Ay gədə oğlu gədə, ay ittilatın ştatnı işçisi, ay qardaşlar arasına nifaq salan qurumsaq, sən kimsən qoca Azərbaycan dövlətinə racon kəsirsən? Sən hələ nə görübsən, qoy orda bir dənə də gömrük binası tikək, bizim qaragöz gömrük məmurlarını tanı, birdə nə vaxt o Ermənistana yanacaq daşısan səndən köpəyoğlusu yoxdur demək ki. Kəmər taxmayan, içkili olan, artıq sərnişin, hüquqsuz nəqliyyat idarəetmə, ta nəbilim nələr-nələr fərq etməyəcək bu ermənidir, ya farsdır, tıkır-tıkır cərimələrinizi yerindəcə ödəyəcəksiniz.
- Siz, öz qardaşlarını satan satqınlar sadəcə onu düşünün ki, Ermənistandan qayıdıb (pulu ödəmədən qayıda bilsəniz əgər) Cənubi Azərbaycana girəndə, görün ordakı vətənpərvərlər sizi hansı surprizlərlə qarşılayır. Mənə elə gəlir ki, dədəniz öləndə tək qalacaqsınız və dədənizi dalınıza şəlləyib təkcənə aparıb basdıracaqsınız. Çünki satqının heç bir cəmiyyətdə yeri yoxdur...
Ədib İSAQOĞLU
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ