Xamaneyinin fətvası... – Cavid İSMAYIL yazır
Tarix: 26-07-2021, 14:34
Baxılıb: 1 304
Google+ Paylaş
Tumblr Paylaş

Xamaneyinin fətvası... – Cavid İSMAYIL yazır

26-07-2021, 14:34


Bu yaxınlarda, daha dəqiq, iyulun 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşa şəhərinə ziyarətini mediadan xəbər tutdum. Qeyd edim ki, əvvəldən düşünürdüm ki, işğaldan azad edilmiş Vətən torpaqlarına bir sıra təşkilatların nümayəndələrinin ilk getməsi zəruridir. İlklərdən biri də elə QMİ sədri Allahşükür Paşazadə olmalı idi. Çünki 30 ilə yaxındır işğal altında olan torpaqlarımızda bütün dəyərlərimiz kimi, dini abidələrimiz, məbədlərimiz, Allah evlərimiz də təhqir edilmişdir.
İnsanlıqda payı olmayan erməni murdarları məzarlıqları belə dağıtmış, traktorla şumlamışdılar. Məsçidlərimizdə özlərinin əcdadı rəmzi olan donuzları saxlayırdılar. Və mən də elə bu baxımdan düşündüm ki, bütün Qafqazın bir nömrəli dini lideri ayaqyalın olsa belə ora gedər, azan səsləndirər, sevinc, zəfər namazı qılar. Təəssüf ki, belə olmadı.
Nə isə. Gələk din xadimlərinin Şuşa səfərinə.
Şuşa şəhərində Yuxarı Gövhərağa məscidini ziyarət edən dini xadimlər, məsciddə Sübh namazı qıldığı zaman Allahşükür Paşazadənin İrandan gələn molla Ocaqnejadın arxasında namaza dayandığını gördükdə yenə də məndə bir çox suallar yarandı.
İndi mənə maraqlıdır, iranlı molla Ocaqnejad 30 il ərzində Qarabağın işğalını pisləyibmi? Ermənilərin Qarabağda məscidləri donuz axuru kimi istifadə etməsinə etiraz edibmi? Xatırlamıram!
Cənab şeyx, bizlər üçün molla Ocaqnejat bizim Azərbaycanımızda İrandan gələn bir məmurdur və o, başqa bir ölkəni təmsil edir. Bu baxımdan hər evin öz sahibi və başda dayananı var.
Cənab Şeyx, yeri gəlmişgən heç olmasa Şuşaya gedərkən yol üzərində qaz turbalarını görərək İranlı molladan soruşdunuzmu ki, nəyə görə Azərbaycanın işğal altında olan torpaqlara, məscidləri təhqir edən ermənilərə qaz verirmişlər?
Lakin bu səfərdə məndə yaranan ən böyük sual budur. Cənab şeyx, nəyə görə həm 44 günlük savaşa qədər, həm o müqəddəs günlərdə və bu gün də öz qardaşlarının yanında olan, hərtərəfli dəstək verən və kişi kimi Türkün dədə törəsinə sadiq olan Türkiyəmizin dini xadimlərindən biri dəvətli olmamalı idi? Niyə? Nədir səbəb?
Elə ardı ilə, cənab şeyxin “Qələbəyə çatmağımızda Türkiyə və İranın böyük zəhməti var” fikri kökündən yalnışdır. Çünki hər birimizə canımız Türkiyənin mövqeyi bəllidir. Daima yanımızda olublar və yanımızdadırlar. Bəs İran?
26 may 2021-ci ildə “İran. Sən kimsən!: Dost, yoxsa düşmən?” yazımda İranın ölkəmizə qarşı münasibətinin gerçək üzünün bəzi cizgilərini vermişəm. Elə müharibə zamanı- Qəhrəman Azərbaycan Əsgəri torpaqlarımızı işğaldan azad edərkən erməniyə bu 30 ildə yaşam xəttini verməkdə davam edən İranın sərhəddimizə qoşun yığmasını, silah-sursat dəhlizilə birgə ərzaq və neft-yanacaq ötürməsini unutmarıq. İndi Cənab Şeyx, nəyə görə Azərbaycanın qəhrəman oğulları, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan xalqının vahid bir amal uğrunda bir olduğu bu müqəddəs dönəmdə İrana Ermənistana yuxarıda qeyd etdiklərimi nəql edilməsinin dayandırılması üçün müraciət etmədiniz? Niyə axı İrandan gələn yanacağı hərbi texnikasına tökən murdar erməni Azərbaycanı qana bürüyə, körpə balalarımızı, günahsız insnlarımızı məhv edəydi! Niyə ABŞ-a İrandan ötrü müraciət etdiniz, amma doğma Azərbaycanımız üçün İrana müraciət etmədiniz? Bəlkə səbəbini açıqlayasınız?
Bu günlərdə müsahibənizdə bu məsələlərə fikir bildirənlərə islamdan xəbəri olmamaqda irad bildirmisiniz. Doğrudur, Qafqazın bir nömrəli din xadimi sizsiniz, təbii ki, məntiqlə dini sizin kimi bilməmək təbiidir. Amma bir din xadimi, Şeyxulislam kimi nəyə görə 2019-cu ildə, Tasua və Aşura günlərində Tehranda 51-ci erməni oyunlarının açılış mərasimi səsli-küylü musiqi və kollektiv rəqslə, həmçinin atəşfəşanlıqla qeyd olunduqda iradınızı-etirazınızı bildirmədiniz? Axı siz İslamı mükəmməl bilirsiniz. Niyə? Səbəb?
Axı həmin gün İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün idi. Digərlərinə irad tutan din dəllaları Tasua və Aşura günlərində Tehranda fişəng atıb, musiqi səsləndirib, şadyanalıq edirdilər. Özü də Allah evlərinə donuz bağlayan, müsəlman dini məbədlərini təhqir edən, müsəlman qız-gəlinin başına zülm açan, müsəlman qəbirstanlıqlarını məhv edən ermənilərin şərəfinə.
Cənab Şeyxin “... Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı.” - fikri isə, mənim baxış bucağımdan təməlindən yalnış və çox zərərli fikirdir.
Bəli, Qarabağ Türkün dədə yurdudur və həmd olsun Allaha ki, biz müsəlmanıq.
Lakin İlk olaraq xatırladım və bilməyənlər də bilsinlər ki, ümummilli lider Heydər Əliyevin qardaş Türkiyəmizə 12-17 mart 2001-ci il tarixli rəsmi səfəri çərçivəsində müxbirlərdən biri Ulu öndərə İranın Qarabağ məsələsində vasitəçilik istəyində olması haqda sual vermiş və Heydər Əliyev sualı belə cavablandırmışdır: “İran bir dəfə vasiətçilik etmişdir. 1992-ci ildə Azərbaycan nümayəndə heyəti ilə Ermənistan nümayəndə heyəti Tehrana getmişdi ki, guya, orada İran vasitəçilik etsin. Onlar Tehranda olduğu zaman Ermənistan silahlı qüvvələri Şuşanı işğal ediblər. Siz bunu bilirsiniz, yoxsa yox? Gedin, onları oxuyun.”
Bəli, unutmadıq və unutdurmarıq ki, 1992-ci ildə Azərbaycan nümayəndə heyəti ilə Ermənistan nümayəndə heyəti Tehranda İranın “vasitəçilik” çabası zamanı Şuşamız erməni quldurları tərəfindən işğal edilmişdi.
Elə Şuşamız məscidlərimizə donuz bağlayan, islami dəyərləri təhqir edən vandal ermənilərin tapdağı altında olarkən, daha dəqiqi, 2019-cu ilin 14 oktyabırında Şüşamızda İran deyilən dövlət böyük təntənə ilə, erməni-İran elmi mədəniyyət mərkəzinin açılışını etmişdir.
Elə sonuncu müsahibədə cənab Şeyx, Türkiyəmizin prezidentinin köməkçisinin fikrinə etiraz edərək deyir; “...Onun cümləsində belə bir fikir var idi ki, İran Ermənistana silah göndərir. Axı, sənin sübutun varmı?...” Cənab Şeyx, Qarabağ müharibəsi zamanı İran deyilən dövlət tərəfindən dəfələrlə güya ki, regionda terrorçu qruplar var və onlar bütün regiona təhdid yaradır bəyanatları veriləndə niyə etiraz etmədiniz? Cənab Şeyx, niyə Azərbaycana terrorçu qruplaşmalar gətirilmişdi? Bəs siz müdafiə etdiyiniz İran tərəfindən səslənən belə sərsəm bəyanatlara etiraz etməliydiniz axı? Bəlkə səhv edirəm?! Yoxsa İran tərəfinin sübutları var? Siz də məlumatlısınız?
Elə həmin müsahibədə belə bir fikriniz var “... Prezidentimin dediklərinə inanıram... “ Siz əgər prezidentinizin dediklərinə inanırsınızsa cənab Ali Baş Komandan tarixi zəfərə gedən şərəfli yolun tarixi xronologiyasının dəfələrlə izahını verib. Orada Ağa dediyiniz Xamaneyi fikir belə keçmir. Onda o fikriniz hardan və kimlərdən qaynaqlanır?
Bəli, dost da, düşmən də gördü ki, müqəddəs 44 gündə qəhrəman oğullarımız öz qanı bahasına əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmiş yenilməz silahlı qüvvələrimiz öz peşəkarlığı, rəşadəti və Müzəffər Ali Baş Komandan öz qətiyyətli mövqeyi ilə son 200 ildən yuxarı olan tariximizin ən şanlı səhifəsini yazdı. Eyni zamanda Azərbaycan xalqının bu şərəfli günlərdə öz ordusunun, qəhrəman əsgərinin və Müzəffər Ali Baş Komandanın yanında olmasının da, bu qələbəni zəfərlə tamamlamış olduğunun əsas ana xətti olduğunu da qeyd etmək vacibdir. O da vacibdir ki, yanımızda daim Türkiyəmiz oz qətiyyətli mövqeyi ilə şərəflə durdu!
Mən isə sizin fikrinizi təsadüfi saymıram. Və zənnimcə o fikir altında böyük məna var.
Hərdən düşünürəm ki, əcaba yoxsa kimlərsə düşünür ki, gör 30 ildə tapdaq altında olan torpaqların işğaldan azad olma təməlini kimlərinsə ağası Xamaneyi fətva ilə təməlini qoydusa, onda bu Xamaneyi ağa Vətənimizlə bağlı görəsən daha sonra hansı fətvalar verər ...
Lakin hər kəs bilməlidir ki, canımız yarı olsa da Azərbaycanımız indi daha güclüdür və güclü İlham Əliyev kimi lideri var. Günəş isə bir gün mütləq Turan naminə Vahid Vətənimin cənubundan doğacaq, mütləq doğacaq!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ