Boyuna Vəlidağ qamışı ÖLÇÜLƏNLƏR
Tarix: 23-07-2021, 14:25
Baxılıb: 3 314
Google+ Paylaş
Tumblr Paylaş

Boyuna Vəlidağ qamışı ÖLÇÜLƏNLƏR

23-07-2021, 14:25

Ədib İSAQOĞLU
21 iyul günü "youTube"-ni gəzərkən gözümə "Yeni xəbər" saytının "Azərbaycanda dəhşətli zəlzələ oldu çox sayda ölən və yaralılar var" başlıqlı xəbərini gördüm. Həyəcanla xəbəri izləməyə başladım. Sən demə zəlzələ mən yaşadığım Şərur rayonunda saat 15:27 dəiqədə, 5 bal gücündə olubmuş və 5 nəfər vəfat edib 6 nəfərsə yaralanıb.
Həmin saatda azacıq mürgülüyərək istirahət etdiyimdən, fikirləşdim ki, mən yuxulu olmuşam yəqin, hiss eləməmişəm. Tez qalxıb 2 ballıq zümzüməyə dözməyən evimizin ora burasını kontrol edəndən sonra baxdım hər şey yerindədir. Di sarıldım telefona rayon mərkəzindən tutmuş bütün kəndlərdən vəziyyəti öyrənməyə çalışdım. Zümzümədən xəbəri olan tapılmadı ki, tapılmadı. Fikirləşdim ki, bəlkə zəng etdiyim insanlarda mənim kimi yuxuda olublar, onlarda məlumatsızdırlar. Düz 7 dəfə zəng etdiyim insanlara təkrar-təkrar zəng etdim. Axirda deyəsən hamı başımın xarab olduğunu düşünüb heç kim açmadı telefonumu. Uzun narahatçılıqdan sonra məsələnin mahiyyətini çözməyə başladım. Fikirləşdim ki, ayə bunlar reytinq xatirinə yalan yazıblar. Ay sizin tufağınızı allah dağıtmasın, bu boyda barıt qoyarlar? A sizin boyunuza Şərurla Sədərəyin sərhəddində bitən Vəlidağ qamışı ölçüm, yazırsınız İrəvan yazın, camaatda inansın da. Ta bu qədərdə göy yalanı olar? İki qardaşın yalanı, bu yalanın yanında toya getməlidir vallah.
    Belə nəql edirlər ki, iki qardaş var imiş. Bu qardaşlardan böyük olan mahir yalançı imiş, və çörəyini yalanla qazanırmış. Balaca olan isə işsiz gücsüz avara-avara gəzirmiş. Balaca qardaş bir gün qərar verir ki, buda yalan danışmaqla özünü və ailəsini dolandırsın gəlir kənd içinə deyir:
    - Axşam göydə küçük zəngildəyirdi.
Əhali düşür bunun üstünə ki, döysünlər.
    - Sən bizi axmaq yerinə qoyursan, göydədə küçük zəngildəyər?
Elə bu vaxt böyük qardaş özünü yetirir və deyir:
    - Ayə, a sizin başınıza dönüm, burda qeyri adi nə var, qartal küçüyü alar caynağına, qalxar göyə küçük də orda zəngildəyər nə qəbahət var burda?
Adamlar baxır ki, sözdə hikmət var böyük qardaşdan üzr istəyirlər, üstəlikdə təzminat olaraq pul verirlər. Böyük qardaş da, balaca qardaşa deyir:
    - Qardaş yalan danışmaq sənlik deyil yox əgər israr edib danışsan da, yer yalanı danış göy yalanı yox.
Və beləliklə, jurnalist xalqın eşidən qulağıdır, dürüst qələm sahiblərinin peşə bayramları mübarək olsun.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ