Vaqif müəllimin özünəməxsus «qabiliyyəti»
Tarix: 24-06-2021, 09:03
Baxılıb: 2 412
Google+ Paylaş
Tumblr Paylaş

Vaqif müəllimin özünəməxsus «qabiliyyəti»

24-06-2021, 09:03

Ədib İSAOĞLU
Vaqif müəllimin özünəməxsus «qabiliyyəti»
Səy Qasımı güc bəlayla ancaq sakitləşdiriblər... Səs küyə məndə getdim.
- Yenə nə olub ay Qasım, bunu niyə taxıbsan belinə? - Kürək hissəsində kəmərinə taxdığı əsgər lapatkasına işarə elədim.
- Çapacam hamısını, ay qonşu.
- Kimi?
- Su işinə baxan kim varsa hamısını. Sinəsindən Arpa çayı, ətəyindən Araz keçə, sənin də əkinin, ağacların, yanıb kül ola? İmam Hüseyn müsibəti çəkirik ey, buna dözmək olarmı?
- Yox, ay qonşu adamın üstündə Allah var dözmək olmaz. Amma, bu işləri də şiddətlə, davayla, cinayətlə də çözmək olmaz axı.
- Yaxşı bə neyniyək qonşu?
- Bələdiyyə var, su təsərrüfat idarəsi var, onlara müraciət etmək lazımdır.
- Ay qonşu bələdiyyə deyir mənlik deyil, su idarəsi də "sovsem" yoxdur.
Səy Qasım məni necə "tirkaladısa", səhəri baxdım su təsərrüfatı idarəsinin qarşısındayam. Qasıma söz vermişdim ki, mən maraqlanıb sənə nəticəni deyəcəm. Su idarəsinin müdiri Vaqif müəllimin qəbuluna girmək üçün 15 nəfərə yaxın adam var idi. Bu 15 nəfər o qədər həyəcanlı, əsəbi, hirsli idilər ki, fikirləşdim yaxşıkı Səy Qasım burda yoxdur, yoxsa kişinin əlindən bir qəza çıxardı. Hamının bir dərdi vardı su problemi!
Amma bir məsələ məni çox təəccübləndirirdi. Hirslə qəbula girənlər, qısa müddət sonra sevinə-sevinə çıxırdılar çölə. Fikirləşdim ki, bu kişi bu qədər fəal adamdı, problemləri belə asan və tez həll edirsə, niyə bu rayonun 80 faizi sudan şikayətlənir axı. Nə isə, növbə mənə çatdı, girdim qəbula.
Müdir suyuşirin, istiqanlı adam olmasa da, söhbətimiz alındı. Səy Qasımın bütün arzu istəklərini və hədəsini çatdırdım. Çox intligentcəsinə məni dinləyən müdir, 3 günə bütün intriqaları çözəcəyinə söz verdi…
3 yox ey 33 gündür ki, müdiri gördüm deyən yoxdur. Və bu gün başa düşdüm ki, Vaqif "məllim", qəbulundan çıxan insanların problemini həll etmirmiş, sadəcə olaraq şirin diliynən aldadırmış. Mən də Səy Qasımın qorxusundan 33 gündür ki, məhləyə, küçəyə çıxa bilmirəm. Ancaq adamın üstündə Allah var, kişi çox qabiliyyətlı yalan danışırmış.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ