Çirkabdan qurtarmaq üçün namaz qılmağa ehtiyac yoxdur
Tarix: 10-06-2021, 17:57
Baxılıb: 2 031
Google+ Paylaş
Tumblr Paylaş

Çirkabdan qurtarmaq üçün namaz qılmağa ehtiyac yoxdur

10-06-2021, 17:57

Ədib İSAOĞLU
Necəki gec deyil, "molla" olmayın insan olun…
Ey qəhrəman övladın şanlı vətəni… Youtube kanallarında igid, cəngavər Azərbaycan əsgərinin qəhrəmanlıq dastanlarına baxıram. Baxdıqca o, qəhrəman əsgərlərə nə qədər borclu olduğumuzu və nə qədər sevgi, qayğı göstərsək də borclarını ödəyə bilməyəcəyimizi düşünürəm. Və burdan üzümü bəzi məmurlara tutub bağırıram: «Çirkabdan qurtarmaq üçün namaz qılmağa, ibadət etməyə, quran oxumağa ehtiyac yoxdur, eyy vətən uğrunda qazi olan vətən övladlarının sosial problemini həll edə bilməyən, əksinə zülm edən məmurlar. Özünü mömin kimi göstərib, gözdən pərdə asmaq üçün ibadət edənlər, əgər ibadətlə insan olmağa çalışırsınızsa bunun üçün namaz qılmağa ehtiyac yoxdur. Açın youtube kanallarını, Fizulini, Cəbrayılı, Zəngilanı Qubadlını, Şuşanı və bütün Qarabağı azad edən cəngavər Azərbaycan əsgərinin keçdiyi döyüş yoluna baxın.
Baxın və görün bu igid qazilərin, o nur üzlü şəhidlərin ruhlarını, cəngavər qazilərin xatirlərini incitmək olarmı? Baxın və görün necə igid, vətənpərvər oğullar bu vətən uğrunda şəhid və qazi olublar. Baxın, necə vətən sevdalısı, vətənpərvər olunur, öyrənin. Baxın, şəhid və qazilərə verilən qiymətə, baxın, qaziyə verilən əlillik dərəcəsinə və təqaüdə, baxın, hər gün erməni diversantı döyən, sərhədi sizin, bizim üçün qoruyan igid əsgərə verilən məvacibə, baxın və utanın. Utanın, eyy sosial və maliyyə işiylə məşğul olanlar. Özünüzün və hətta kiçik işçilərinizin maaşı qazilərin və sizi qoruyan əsgərlərin məvacibindən dəfələrlə çoxdur. Bax onda utanın, əgər utana bilirsinizsə. Siz isə, vətəni sevmək, vətənpərvər olmaq əvəzinə, rüşvət və korrupsiya çirkabı bataqlığına pərçim olduğunuz vaxt, "dadınıza yetən DTX qardaşlara" günahsız olduğunuzu, nəinki günahkar, hətta ibadətlə məşğul olduğunuzu isbat etməyə çalışırsınız».
Bəli, insan olmaq ibadətlə olmur, vətəni, milləti sevməklə insan olunur. Necəki gec deyil, "molla" olmayın insan olun…

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ