Mamedov və Njdenin 9 May yolu
Tarix: 18-05-2021, 08:37
Baxılıb: 2 464
Google+ Paylaş
Tumblr Paylaş

Mamedov və Njdenin 9 May yolu

18-05-2021, 08:37

Ədib İSAOĞLU
Rus sülhməramlılarının Xocavənddə ucaldılan Njdenin büstünü sökməyə yenə gücü çatmadı deyəsən və yaxud da sökmək istəmədilər. Elə beləcə yalandan bir neçə veteranı ekran qarşısına çıxardıb Njdeni söydürdülər və bir də arxiv sənədlərini açdılar ki, bəs Njde SSRİ-nin düşməni olan almanlar tərəfindən vuruşubmuş. Məsələ dç bununla bitdi.
Ruslar məsələni bitmiş kimi göstərsələr də, keçmiş erməni baş nazir Paşinyan bu konuda əksinə olaraq onların özlərini günahlandırıb. Rus jurnalistlərə deyib ki, «Njde erməni xalqının qəhrəmanıdır. Əgər Njdeni almanlarla işbirliyində günahlandırırsınızsa, eyni zamanda SSRİ-nin o vaxtkı xarici işlər naziri Molotovun da 3-cü reyxlə təmasları olub. Əgər Njdeni ittiham edirsinizsə, Molotovu da ittiham etməlisiniz».
Di buyurun, hərcə sözün, mərcə də cavabı var. Ruslar elə bilir ki, bütün millətlər, onlara bizim azərbaycanlılar kimi hörmət qoyur. Onların torpağını onlar qədər sevən, qələbəni onlara daddıranlardan olan, nə qədər almanı təkbaşına qırıb qurtaran bizim kəndçi Mamedova Allahın Sovet İttifaqı Qəhrəmanı medalını da çox gördülər. Bəlkə də çoxları inanmadı təkbaşına sözünə. Eləmi, heç mən də inanmazdım. Ancaq kişinin özünün ağzından eşitdiyim üçün zərrə qədər şübhəm qalmadı.
Bir gün baxdım ki, Mamedovla səy Qasım qaz xəttinin üstündə oturub şirin-şirin sohbət edirlər. Mamedov danışırdı:
- Qasım, müharibənin qızğın vaxtları idi. Almanlar gəlib çıxmışdılar Moskvanın ətrafına. Stalin xəbər göndərmişdi ki, Mamedova deyin Vətən əldən gedir, başını orda islatsın burda qırxdırsın. Ta rəhbərin sözünü yerə salmaq olmazdı da. Oturdum qatara düz Moskvaya. Dedim maa bir pulemyot verin. Pulemyotu götürüb girdim daşın dalına. Mən qırdım nemes gəldi, mən qırdım nemes gəldi, axırda baxdım ki, ta nemes qurtardı. Pulemyotu yerə qoyub, alnımın tərini silirdim ki, baxdım kürəyimə yekə bir əl dəydi. Baxdım kim, Stalin. Əlini kürəyimə vura-vura dedi:
- Mamedov, balalarım saa qurban, ümidim saadır, məni qurtarsan bu bəladan sən qurtararsan.
Mən də rəhbərə söz verdiyim kimi nemesləri qıra-qıra düz getdim Berlinə bayrağı sancdım gəldim.
Səy Qasım Mamedovun söhbətinə qulaq asandan sonra, sağ əlini yuxarı qaldırıb yelləməyə başladı.
- Pahoo, qəhrəmanlıq edibsən da. Urusların üstündə alman kimi gözəl milləti qırıbsan. O, vaxt almanlar gəlsəydi, indi hamımız mersedes minirdik…
Ta bilmədim bunların hansına haqq verim. Qaldım çaş-baş. Fikirləşdim ki, elə bu Paşik də bunların günündədir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ