Həyası olma«yan»lar
Tarix: 6-05-2021, 12:43
Baxılıb: 3 262
Google+ Paylaş
Tumblr Paylaş

Həyası olma«yan»lar

6-05-2021, 12:43

Ədib İSAOĞLU
Bu günlərdə Azərbaycan zabitinin, cındırından cin ürkən erməni zabitinin qarşısında məğrur, qürurverici duruşu bir daha isbat etdi ki, Türk yatmış aslandır. Artıq o aslan oyanıb, bu oyanış erməni xaltasını tutanların da qarşısında dim-dik dayana biləcək gücdədir. Ermənilərin yeganə yolu ta, bineyi qədimdən olduğu kimi, yaltaqlıq və həyasızlığa qayıdıb, yenidən Ulu Türk millətinə yaltaqlanmaqdır. Yəni ki, başqa yol yox artıq…
İsa baba, təbiəti mühafizə müfəttişi işlədiyi dövrdə ermənilərin ən çox ehtiyat etdiyi və qorxduğu məmurlardan biri, bəlkə də elə birincisi idi. O, vaxtlar uşaq olsamda, onların İsa babaya necə yaltaqlanmağının dəfələrlə şahidi olmuşam.
İsa baba yenə bir gün, ermənilərin silahlarını müsadirə etmişdi. Yaltaqlıq və həyasızlıq niqabına bürünmüş ermənilər silahları müsadirə edilsədə, cinayət işi açılmamasından ötrü gəlmişdilər İsa babaya xahişə. İsa baba evdə olmadığından mən qarşıladım bu həyasızları. Stolun üstündə şahmat taxtasını görən erməni dığası, şahmatı işarə edərək mənə baxdı.
- İsa əmimin oğlu, oynaya bilarsan?
Deyərək yaltaqcasına gülümsədi. Hər-halda fikirləşdi ki, bu 6-7-ci sinif şagirdini udmaq çətin olmaz. Mən də orta məktəbdə yaxşı şahmat oynayanlardan idim.
- Oynuyaq, - dedim.
Çox uzun çəkmədən dığanı mat etdim.
- Ara buna bax ha, mani uddu - deyib, yanındakı nisbətən yaşlı erməniyə baxdı.
Bu o vaxtlar idi ki, Kasparov dünya çempionu titulunu almışdı. Yanındakı yaşlı erməni istehzayla məni göstərib dedi:
- Ara bizim millat olan Kasparovdan öyranıblar da.
Hələ o vaxta qədər Kasparovun milliyyətcə erməni olduğunu bilmirdim.
- Birincisi Kasparov hardan erməni oldu, ikincisi isə, şahmat Azərbaycan xalqının qədim oyun növlərindən biridir - dedim.
Mübahisənin qızğın vaxtında İsa baba da gəlib çıxdı. Məsələdən hali olandan sonra üzünü mənə tutub dedi:
- Ay oğul sən hələ bu həyasız milləti tanımırsan, bunlar üzə durmaqda, yalan danışmaqda çox mahirdilər. Bunlardan bir misal çəkim qulaq as. Bir gün, bir erməni evini satır, bir başqa erməniyə. Evi alan erməninin də, yaxşı bir inəyi olur. Evi satan erməni, evə yaxşı bələd olduğundan gedir inəyi oğurlamağa. Amma evi alanın bəd bir iti varmış. O da iti gətirib bağlayıb tövlənin qapısının ağzına. Oğru erməni bir neçə gün cəhd etsə də, inəyi oğurluya bilmir. Evi alan erməni durur gedir onun yanına. "Ay dığa, bu it neçə gündür gecələr yatmır, ancaq bilmirəm niyə". Oğru erməni deyir: "Ay dığa yəqin inəyi oğurlamaq istəyən var, ona görə it yatmır. Sən iti ordan aç apar başqa yerə bağla, kənddə də xəbər yay ki, inəyi oğurlayıblar məsələ bununlada bitsin".
Evi alan erməni gəlir kirimişcə iti açıb tövlədən uzağa bağlayır. Oğru da rahatcana inəyi oğurlayıb elə gecəynən kəsib satır, dərisinin də içinə 5-6 kilo ət qoyub atıb çiyninə evə dönür. Yolda inəyi oğurlanmış erməniylə qarşılaşır. "Dığa evim yıxıldı, inəyi oğurlayıblar".
- Hə bax dığa, beləcənə de.
- Ay dığa nə beləcə de, inəyi həqiqətən oğurlayıblar.
- Ay sağol, bax belə desən hamı inanacaq. Az qalıram məndə inanam. Hamıya beləcə inandırıcı de.
İsa baba söhbətini qurtarıb ermənilərə baxıb dedi:
- Dərisi çiynində olan, inək sahibinin üzünə həyasızca duran, oğru erməni dığalarından nə gözləməmək olmaz?
Təəccüblü orası idi ki, ermənilər də İsa babanın bu söhbətinə şaqqanaq çəkib güldülər.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ