Bazarın fəryadı…
Tarix: 13-04-2021, 08:32
Baxılıb: 3 478
Google+ Paylaş
Tumblr Paylaş

Bazarın fəryadı…

13-04-2021, 08:32

Ədib İSAOĞLU
Bayram ərəfəsində kirvəm zəng elədi ki, sabah gələcəyik sizə, bayram görüşünə, hazırlıqlı ol. Di sancı məni tutdu, nə tutdu. Ay kirvə, başına dönüm, bu kasıbçılıq, pandemiya vaxtında da qonaq gedərlər?
Qonaq gedəndə də səssiz, sədasız gələr, allah verəndən qoyarsan ortalığa, yarım litir Rufanın pay verdiyi, tut arağından vurarsan, sonrada onun təsirindən gah şirin-şirin, gah coşaraq bir az siyasətdən, bir az gələcəkdən, bir az keçmişdən, bir az qonşunu bəyənməməkdən, bir az özünün hamıdan ağıllı olmağından danışasan, danışdıqcada qızışasan. Sonrada keçəsən Polis rəisini, Prokuroru, Məhkəməni, bir az da qabağa gedib İcra Hakimiyyətinin Başçısını müzakirə edəsən. Daha sonra da kəklikotulu samovar çayından vura-vura nərd atasan, qonaqlıq da bununla bitə.
Ay kirvə, ta sənin kimi, yaxşı hazırlıq gör?..
Nə isə dağdan ağır, ən əziz, mötəbər kirvəm gəlir, «tədbir görmək lazımdır» - deyə düşündüm. Yaxşı ki, 110 manatlıq pensiya kartımda, 22 manat saxlamışdım, dar gün üçün. Səhər kartımı da götürüb getdim bazara ki, qonaqlarım üçün heç olmasa hərəsindən iki-iki pomidor, xiyar, göy-göyərti alaram.
Bazara az qalırdı çatam, baxdım ki, bazardan bir duman qalxır, elə bil yağı düşmən məmləkətə od vurub. Fikirləşdim ki, görəsən nə olub, bazar yanır?
Dedilər yox ey, a kişi, yanan bazarın qiymətləridir.
Qorxa-qorxa yaxınlaşdım qonşu kəndçi uşaqların yanına ki, yenə bunlar insaflı olar, elə bunlardan alaram alacaqlarımı.
- Salam qağa, allah bazar versin.
- Sağol qağa, buyur nə lazımdır?
Əlimi atdım pomidora, o yanına bu yanına baxaraq soruşdum.
- Neçəyədir?
- Qağa 5 manatdır, sən 4.80-dən apar.
Elə bil ovcuma köz basdılar. Cərəyan vurmuş adamlar kimi pomidor əlimdən düşdü yerə. Əlimdən düşən pomidor əzilməsədə, (hər halda təbii şəraitdə yetişmədiyindən əzilmədi) məcbur idim pulunu ödüyəm. Çünki axırının yaxşı qurtarmayacağını gördüm…
22 manatdan 2 manatını dəymiş zərəri satıcıya ödəyib, düşdüm bazara təhkim olunan Nazirliyin işçilərini axtarmağa. Ha axtarsam da onları tapa bilmədim. O, gün, bu gün hələ də qiymətlərə nəzarət edən Nazirliyin işçilərini tapa bilmirəm ki, Məşədi İbadın hambalı demişkən, qiymət cəhənnəmə, mənim iki manatımı barı alıb versinlər…
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ