21-ci əsrin poçt göyərçinləri
Tarix: 6-04-2021, 09:11
Baxılıb: 5 463
Google+ Paylaş
Tumblr Paylaş

21-ci əsrin poçt göyərçinləri

6-04-2021, 09:11

Ədib İSAOĞLU
Qədim dövrlərdə padşahlar casuslarına və yaxud casuslar şahlarına məlumatları göyərçin vasitəsi ilə göndərirdilər. Bəzəndə elə olurdu ki, yazıq göyərçinləri göydəykən ya şahinlər ovlayırdı, yada arxasınca şığıyanda yazıq göyərçin yaralı-yaralı təpilirdi bizim kəndçi Qədir kimi birinin qucağına. Qədirdə qənimət olaraq quşun başını üzüb atırdı "veşmeşokuna". Yaxud da, göyərçin çox yol qət elədiyindən ya yolunu azırdı, ya da yorulub dincəlmək istəyəndə yuxuya qalırdı. Xulasə şahın məlumatı gecikdiyi üçün birdə baxırdılar ki, düşmən qoşunu qapıdadır.
Deyəcəyim odur ki, 21-ci əsrdə bizim "poçt daşıma" xidmətimiz heç də şahın göyərçinlərindən geri qalmır. Bu gün gecə çap olunan qəzet, 2-3 gün sonra Naxçıvana çatır. Yaxşı Naxçıvanı azda olsa qəbul eləmək olar, təyyarəyə qədəri var, təyyarənin gecikməsi, təyyarədən mərkəzi poçta, ordan rayonlara çatdırılma da var. Bəs, Bakıdan başqa rayonları necə qəbul edək? Yasamalda gecə çap olunan qəzet Xızıya, Siyəzənə, Şabrana, Qubaya, Qusara, Xaçmaza getmək üçün qəzetləri bizim poçt göyərçinləri aparıb Xaçmaz poçtuna verirlər. Xaçmaz poçtuda təzədən Bakıya qədər qəzet paylayır. Di gəl bu dərdə ağlama görüm necə ağlamayasan? Sonra da, deyirsiniz qəzetlər oxunmur, bəs nətər oxunsun? Bu günkü mühüm qərar, 3-4 gün sonra oxucuya çatır. Su çərşənbəsi haqqında yazı yazırsan, oxucu yel çərşənbəsində oxuyur. Bizim abırımızı örtən internet qəzetləridir. Belə getsə, deyəsən biz yenə poçt göyərçinlərinə qayıdacağıq, sayqılı "poçt daşıma" xidməti.
Mövzuyla bağlı yenə İsa babadan bir söhbət yadıma düşdü. İsa baba danışırdı ki, «gənc vaxtlarım idi. Səhər tezdən malı-heyvanı naxıra, sürüyə ötürəndən sonra hamı yığışmışdı kənd içindəki tut ağacının altına. Bizim Pəhləvan İsa qayıtdı ki, bu kimdi ə, səhər-səhər çıxıb tut yeyir? Kəndimizin veteranı Veto İrbaham dedi ki, ayə bu bizim kənd uşağına oxşamır.
- Düş görək ə, kimsən? Uşaq qorxa-qorxa ağacdan düşər-düşməz başladı ağlamağa. Rəhmətlik Zal əmi soruşdu:
- A bala niyə ağlayırsan nolub, kimsən, kimlərdənsən?
- Əmi mən qonşu kənddənəm, dədəm dünən rəhmətə getdi, gəlmişəm molla Bilal əminin dalıyca.
Zal əmi dedi ki, bəs bala dədən dünən ölüb böyün niyə gəlibsən?
- Əmi, dünənnən gəlmişəm ey, başım qarışdı tut yeməyə, dədəm yadımdan çıxdı…
Hə belə-belə işlər… Bizim poçt daşımamız da elə bu məsələ oxşayır, əzizlərim…
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ