AvroMedia.Az xəbər verir ki, Yurd Media-nın əldə etdiyi məlumata görə, “Unibank Kommersiya Bankı” ASC Lalə Əli qızı Məmmədovaya qarşı İmişli Rayon Məhkəməsində iddia qaldıraraq 3712 manat əsas, 335 manat faiz, 4 manat cərimə borcu olmaqla, cəmi 4051 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 60 manat məbləğin tutulmasını istəyib.
İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı “Unibank” arasında bağlanmış 24 fevral 2025-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 25 faiz ödəmək şərtilə kredit verilib.
Məhkəmə bankın iddia tələbini təmin edib.
Qeyd edək ki, “Unibank”ın problemli kreditlərinin həcmi durmadan artır. Bu ilin ilk rübündə vaxtı keçmiş kreditlərin həcmi 64,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% artım deməkdir. Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Unibank” ölkə bankları arasında ilk 10-luqdadır.
Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının Suraxanı, Xəzər və Səbail rayonlarında, həmçinin İsmayıllı, Ağdam, Şəmkir , Gədəbəy və Siyəzən rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb. Eyni məsələ ilə bağlı Şuşa Rayon Məhkəməsində də bir sıra çəkişmələr baş tutub.

Paytaxtın bu əraziləri qazsız qalacaq.
“Maxi.az” rəhbərinə “stop” qoyuldu - Milyonlarla..
Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəb görün nə İMİŞ
İpoteka götürmək istəyənlərə şad xəbər
İçkiyə ən çox bu rayonumuz pul xərcləyir.
Tarixi binanın üstündə restoran açılıb?
İranlı azarkeşlər üçün bilet kvotası ləğv olundu
Deputatlar vacib məsələlərin müzakirəsi üçün toplanır.
Avtobus və metrodan istifadə edənlərin nəzərinə.