Bu ilin ilk rübündə (yanvar-fevral-mart) Azərbaycanda əhali alkoqollu içkilərə ayda adambaşına orta hesabla 2,35 manat vəsait xərcləyib.
AvroMedia.Az yeniavaz.com-a istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5% artıb.
Alkoqollu içkilərə ən çox Qazax-Tovuz iqtisadi rayonunda pul xərclənib. Bu iqtisadi rayonda sakinlər ayda adambaşına orta hesabla 3,9 manat içkiyə pul xərcləyiblər. İçkiyə ən az pul xərcləyənlər isə Lənkəran-Astara iqtisadi rayonunda yaşayanlar olub - ayda adambaşına orta hesabla 1,4 manat.
Alkoqollu içkilərə ayda adambaşına xərclənən vəsait iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub:
Bakı - 2,5 manat;
Abşeron-Xızı - 2,5 manat;
Dağlıq Şirvan - 1,6 manat;
Gəncə-Daşkəsən - 2,5 manat;
Qarabağ - 2,4 manat;
Qazax-Tovuz - 3,9 manat;
Quba-Xaçmaz - 2 manat;
Lənkəran-Astara - 1,4 manat;
Mərkəzi Aran - 2,5 manat;
Mil-Muğan - 2,2 manat;
Naxçıvan - 2,4 manat;
Şəki-Zaqatala - 2,6 manat;
Şərqi Zəngəzur - 2,2 manat;
Şirvan-Salyan - 1,5 manat.

Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəb görün nə İMİŞ
İpoteka götürmək istəyənlərə şad xəbər
Tarixi binanın üstündə restoran açılıb?
İranlı azarkeşlər üçün bilet kvotası ləğv olundu
Deputatlar vacib məsələlərin müzakirəsi üçün toplanır.
Avtobus və metrodan istifadə edənlərin nəzərinə.
Bu ölkədə deputat və nazirlərin maaşı kəskin azaldıldı.
Bakıda 78 nəfər XII sinfi bitirir.
Bu qardaşlıq tarixin cığırdaşıdır!..