Əməkhaqqı xərcləri üzrə təxminən 426 milyon manat vəsait proqnozdan aşağı icra olunub. Bunun əsas səbəbi mövcud vakansiyalardır.
AvroMedia.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
AvroMedia.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir vurğulayıb ki, əməkhaqqı fondu planlaşdırılarkən bütün ştat vahidləri nəzərə alınır. Lakin dövlət qurumlarında müəyyən sayda vakant vəzifələr qalır və həmin vəzifələr üzrə ödənişlər həyata keçirilmədiyi üçün bu fərq yaranır:
“Təxminən 110 milyon manatlıq aşağı icra sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərlə bağlı olub. Bu isə əsasən demoqrafik göstəricilərdən irəli gəlir. Çünki dövlət büdcəsində müxtəlif sosial ödənişlər – uşağın anadan olmasına, vəfat hallarına, xəstəliklərə və digər sosial hallara görə ödənişlər üçün ehtiyat vəsait nəzərdə tutulur. Ehtiyac yaranacağı təqdirdə vəsait çatışmazlığı olmasın deyə bu istiqamətdə daha yüksək məbləğ planlaşdırılır. Nəticədə müəyyən qənaət formalaşır”.

Bu ölkədə deputat və nazirlərin maaşı kəskin azaldıldı.
Bakıda 78 nəfər XII sinfi bitirir.
Bu qardaşlıq tarixin cığırdaşıdır!..
Tramp İranla bağlı eyni vədi 37 dəfə təkrarladı.
Zelenski: Rusiya Azərbaycanda nüfuzunu itirir.
AQTA Tərtər bazarında yoxlama apardı, protokol tərtib olundu.
Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər.
Bu torpaqlar xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilə biləcək.
Azad olunmuş ərazilərə ayrılan məbləğin detalları açıqlandı
Qızılın SON qiyməti.