İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsindən 4454,9 milyon manat vəsait ayrılıb.
AvroMedia.Az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsində əksini tapıb.
Qeyd olunub ki, həmin vəsaitin 3781,9 milyon manatı və ya 84,9 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 334,0 milyon manatı və ya 7,5 faizi dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin, 276,3 milyon manatı və ya 6,2 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə vəsaitin, 62,7 milyon manatı və ya 1,4 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşür.
Həmin vəsaitin 3930,8 milyon manatı infrastruktur təyinatlı layihələrinin tikintisinə, yenidən qurulmasına (yol infrastrukturlarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına 2521,9 milyon manat (avtomobil yollarına 2197,6 milyon manat, dəmir yollarına 324,3 milyon manat) yeni yaşayış komplekslərinin tikintisi, təmiri, bərpası və ərazidə abadlıq və quruculuq işlərinin həyata olunması, transformator məntəqələrinin quraşdırılması, yeni yarımstansiyalarının tikintisi və keçirilməsinə 992,5 milyon manat, yaşayış məntəqələrinin xarici elektrik təchizatla təmin mövcud şəbəkə ilə əlaqələndirilməsinə 174,5 milyon manat, magistral su xətlərinin, tullantı, yağış həyata keçirilməsinə 124,6 milyon manat, sənaye parklarının fəaliyyətinin təşkili və onların kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin qiymətləndirilməsinin aparılmasına 55,8 milyon manat xərclənmişdi.

AQTA Tərtər bazarında yoxlama apardı, protokol tərtib olundu.
Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər.
Bu torpaqlar xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilə biləcək.
Qızılın SON qiyməti.
Dubay hotelləri müştəri cəlb etmək üçün qiymətləri 4 dəfə endirdi
9 İyunun strateji NƏTİCƏLƏRİ
Bir dilim qarpızın orqanizmə təsiri sizi təəccübləndirəcək
Azərbaycan neftinin yeni qiyməti bilindi.
Ürəyinizi qorumağa bunlar kömək edə bilər.
Ət yeyənlərdə insult riski çox olur
Səyahət zamanı dərmanları necə düzgün qablaşdırmaq olar?