Türkiyəyə ixrac edilən qazın həcmi açıqlandı
Tarix: 1-02-2022, 22:49
Baxılıb: 1 190
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyəyə ixrac edilən qazın həcmi açıqlandı

1-02-2022, 22:49

2021-ci ilin noyabrında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 42,93 faiz azalıb.
Avromedia.az Trend-ə istinadən xəbər verir ki, hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 1,617 milyard, ABŞ-dan 833,02 milyon, Azərbaycandan isə 607,5 milyon kubmetr təşkil edib.
Noyabr ayında Rusiyadan Türkiyəyə qaz ixracı 33,6 faiz azalıb, ABŞ-dan isə 100 faiz artıb.
2021-ci ilin noyabrında Türkiyəyə ümumi qaz idxalı ötən ilin noyabrı ilə müqayisədə 2,02 faiz azalaraq 5,048 milyard kubmetr təşkil edib. Türkiyə 3,021 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 2,028 milyard kubmetri isə mayeləşdirilmiş təbii qaz qismində alıb.
Ölkədə təbii qaz istehlakı 2020-ci ilin noyabrı ilə müqayisədə 5,63 faiz artaraq 4,867 milyard kubmetr təşkil edib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ