Neftin qiyməti ucuzlaşıb
Tarix: 24-01-2022, 09:54
Baxılıb: 1 027
Google+ Paylaş
Tumblr Paylaş

Neftin qiyməti ucuzlaşıb

24-01-2022, 09:54

Dünyada neftə olan tələbin artması “qara qızıl”ın cüzi bahalaşmasına səbəb olub.

Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,84% bahalaşaraq, 1 bareli 87,81 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,83% artaraq, 1 bareli 85,85 ABŞ dolları təşkil edib.

Ardıcıl 5 həftədir ki, neft bazarında qiymət artımı davam edir. Təkcə ötən həftə ərzində “Brent” markalı neft 2%, WTI nefti isə 1,5% bahalaşıb.

Analitiklərin qənaətinə görə, dünyanın bir çox hissələrində koronavirusa yoluxma sayında rekord qeydə alınsa da, bu, neftə olan tələbə bazarın gözləntisindən daha az təsir edib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ