Azərbaycanda yanacağa 2 milyarda yaxın pul xərcləndi
Tarix: 21-10-2021, 22:52
Baxılıb: 1 207
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda yanacağa 2 milyarda yaxın pul xərcləndi

21-10-2021, 22:52

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisi avtomobil benzini və dizel yanacağına 1 milyard 821 milyon manat pul xərcləyib.
Avromedia.az xəbər verir ki, ümumilikdə, 2021-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 milyard 350,1 milyon manatlıq, o cümlədən 16 milyard 406,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 943,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 faiz, qeyri-ərzaq malları üzrə 3,3 faiz artıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ