Azəbaycandan Gürcüstana 9 milyon dollar transfert edilib - RƏSMİ
Tarix: 17-05-2021, 13:39
Baxılıb: 2 616
Google+ Paylaş
Tumblr Paylaş

Azəbaycandan Gürcüstana 9 milyon dollar transfert edilib - RƏSMİ

17-05-2021, 13:39

2021-ci ilin aprel ayında Gürcüstandan Azərbaycana ümumi 1 milyon 680,4 min ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.
Avromedia.az-ın Gürcüstanın Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, bu, 2020-ci ilin aprel ayının göstəriciləri ilə müqayisədə 2,2 dəfə çoxdur. Əvvəlki ayın (2021-ci il mart) göstəricilərinə nəzərən isə Gürcüstandan Azərbaycana pul transferlərinin həcmi 18 faizə qədər artıb.
Ötən ay ərzində Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi 9 milyon 59,2 min dolları təşkil edib. Köçürmələrin həcmi 2020-ci ilin aprel ayı ilə müqayisədə 3,7 dəfə, əvvəlki aya (2021-ci il mart) nisbətən isə 23,5 faiz artıb.
2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan Gürcüstana ümumilikdə 27 milyon 626,1 milyon dollar (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə çox), Gürcüstandan Azərbaycana 5 milyon 526,3 min dollar (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,5 faiz çox) həcminə pul transfert edilib.
Qeyd edək ki, son göstəricilərə əsasən, Gürcüstana pul köçürmələri həyata keçirən ölkələr arasında Azərbaycan 7-ci pillədə qərarlaşıb. Gürcüstanın ən çox pul transferləri həyata keçirdiyi ölkələr sırasında isə Azərbaycan Rusiya, Türkiyə və Ukraynadan sonra 4-cü pillədədir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ