DÇ-2026-nın başlamasına 2 gün qalmış İran millisinin azarkeşləri üçün ayrılmış bilet kvotası ləğv edilib.
AvroMedia.Az xəbər verir ki, bu barədə İran Futbol Federasiyası (İFF) məlumat yayıb.
Bir çox azarkeş rəsmi prosedurlara əsaslanaraq ABŞ-yə səfər planlarını artıq hazırlasa da, komandanın oyunlarına bilet əldə etmək imkanından məhrum olub.
İFF-in bəyanatında qeyd olunub ki, iştirakçı ölkələrin federasiyalarına adətən hər oyun üçün ayrılan bilet kvotası gözlənilmədən geri götürülüb. İran tərəfi bunu beynəlxalq yarışların ruhuna və iştirakçı ölkələr arasında bərabərlik prinsipinə zidd addım kimi qiymətləndirib.
Qərarı kimin verdiyini açıqlamayıb, lakin FIFA məsələyə müdaxilə etməyə və neytrallıq prinsiplərinə əməl olunmasını təmin etməyə çağırıb. FİFA isə hələlik rəsmi mövqe bildirməyib.
Xatırlatma: İran millisi dünya çempionatının G qrupunda Belçika, Misir və Yeni Zellandiya ilə qarşılaşacaq. Komandanın qrup mərhələsindəki bütün oyunları ABŞ-də keçiriləcək.

İpoteka götürmək istəyənlərə şad xəbər
İçkiyə ən çox bu rayonumuz pul xərcləyir.
Tarixi binanın üstündə restoran açılıb?
Deputatlar vacib məsələlərin müzakirəsi üçün toplanır.
Avtobus və metrodan istifadə edənlərin nəzərinə.
Bu ölkədə deputat və nazirlərin maaşı kəskin azaldıldı.
Bakıda 78 nəfər XII sinfi bitirir.
Bu qardaşlıq tarixin cığırdaşıdır!..
Tramp İranla bağlı eyni vədi 37 dəfə təkrarladı.