Messi "Qızıl top" a namizəd seçilmədi
Tarix: 13-08-2022, 08:11
Baxılıb: 785
Google+ Paylaş
Tumblr Paylaş

Messi "Qızıl top" a namizəd seçilmədi

13-08-2022, 08:11

Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi 2005-ci ildən bəri ilk dəfə Fransanın "France Football" jurnalının təqdim etdiyi "Qızıl top" mükafatına namizəd olan 30 futbolçudan ibarət siyahıda yer almayıb

Siyahı bu gün jurnalın rəsmi saytında dərc edilib.

Namizədlər siyahısında Kərim Benzema ("Real"), Kriştianu Ronaldu ("Mançester Yunayter"), Robert Levandovski ("Bavariya", "Barselona"), Məhəmməd Salah ("Liverpul"), Tibo Kurtua ("Real"), Rafael Leau ("Milan"), Kristofer Nkunku ("Leypsiq"), Yozua Kimmix ("Bavariya"), Trent Aleksandr-Arnold ("Liverpul"), Vinisius Junior ("Real"), Luis Diaz ("Liverpul"), Bernardo Silva ("Mançester Siti"), Kazemiro ("Real"), Riyad Mahrez ("Mançester Siti"), Son Hın Min ("Tottenhem"), Fabinyo ("Liverpul"), Sadio Mane ("Liverpul", "Bavariya"), Fil Foden ("Mançester Siti"), Harri Keyn ("Tottenhem"), Darvin Nunes ("Benfika", "Liverpul"), Mayk Menyan ("Milan"), Luka Modriç ("Real"), Antonio Rudiger ("Çelsi", "Real"), Kevin De Brüyne ("Mançester Siti"), Sebastien Alle ("Ayaks", "Borussiya"), Erlinq Haaland ("Borussiya", "Mançester Siti"), Kilian Mbappe (PSJ), Vircil van Dayk ("Liverpul"), Joao Kanselu ("Mançester Siti") və Duşan Vlahoviç (“Fiorentina”, “Yuventus”) yer alıblar.

Dünyanın ən yaxşı qapıçısına verilən Lev Yaşin mükafatına namizədlərin siyahısı da açıqlanıb: Alisson ("Liverpul"), Kurtua ("Real"), Ederson ("Mançester Siti"), Manuel Noyer ("Bavariya"), Yasin Bono ("Sevilya"), Eduard Mendi ("Çelsi"), Mayk Menyan ("Milan"), Yan Oblak ("Atletiko"), Kevin Trapp ("Ayntraxt") və Uqo Lloris ("Tottenhem").

Mükafatların təqdimetmə mərasimi oktyabrın 17-də Parisdə baş tutacaq.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ