Tarix: 28-04-2022, 08:23
Baxılıb: 1 031
"Liverpul" öz meydanında qalib gəldi
28-04-2022, 08:23
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Mərhələnin ikinci oyun günündə bir qarşılaşma keçirilib.
İngiltərənin "Liverpul" klubu İspaniyanın "Vilyarreal" klubunu qəbul edib. "Enfild" stadionundakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər 2 qol ikinci hissədə vurulub. Hesab matçın 53-cü dəqiqəsində açılıb. Qonaqların qapıçısı Xeronimo Rulyi avtoqol müəllifi olub. Cəmi 2 dəqiqə sonra isə Sadio Mane fərqlənib.
Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək
скачать dle 12.1