Milan artıq 5- ci qələbəsini qazandı
Tarix: 27-10-2021, 08:21
Baxılıb: 1 013
Google+ Paylaş
Tumblr Paylaş

Milan artıq 5- ci qələbəsini qazandı

27-10-2021, 08:21

Oktyabrın 26-da futbol üzrə İtaliya A Seriyasının X turunun oyunlarına start verilib.

Turun ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turnir cədvəlinin lideri "Milan" doğma azarkeşlər önündə "Torino" komandasını qəbul edib.

"San-Siro" stadionunda baş tutan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Oyunda yeganə qolun müəllifi matçın 14-cü dəqiqəsində Olivye Jiru olub.

Bu nəticədən sonra "Milan" 28 xalla liderliyini qoruyub. Xallarını 11-ə çatdıran "Torino" isə 13-cü pillədə qərarlaşıb.

Günün digər görüşlərində "Salernitana" səfərdə "Venesiya"nı 2:1 hesabı ilə məğlub edib. "Spesiya" - "Genoa" matçında qalib müəyyənləşməyib - 1:1.

Turun digər görüşləri oktyabrın 27-də təşkil olunacaq.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ