Azərbaycanın para-atletləri finala vəsiqə qazandılar - FOTO
Tarix: 31-08-2021, 08:26
Baxılıb: 1 168
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanın para-atletləri finala vəsiqə qazandılar - FOTO

31-08-2021, 08:26

Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Yelena Çebanu Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb.
Bu barədə Avromedia.az-a Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Yelena Çebanu (T13) 100 metr kateqoriyasında 12:16 saniyəlik nəticə göstərərək, final mərhələsinə vəsiqə qazanıb.
Atletika idman növü üzrə təmsilçisi Yuliya Yanovskaya da (T13) 100 metr kateqoriyasında 12:41 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.
Eyni zamanda atletika idman növü üzrə təmsilçimiz Lamiyə Vəliyeva da (T13) 100 metr kateqoriyasında 12:09 saniyəlik nəticə göstərərək, final mərhələsinə vəsiqə qazanıb.
Güllə atıcılığı idman növü üzrə təmsilçimiz Yelena Taranova (P12 - 10 metr) təsnifat mərhələsində mübarizəni dayandırıb.
Bu gün 6 paralimpiyamız Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparır. Bunların ikisi güllə atıcısı, biri üzgüçü, üçü isə atletdir.
Hazırda aktivində 9 qızıl və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ