Avropa Liqası: "Neftçi" bu gün Finlandiya klubu ilə üz-üzə gələcək
Tarix: 3-08-2021, 08:00
Baxılıb: 2 179
Google+ Paylaş
Tumblr Paylaş

Avropa Liqası: "Neftçi" bu gün Finlandiya klubu ilə üz-üzə gələcək

3-08-2021, 08:00

"Neftçi" bu gün UEFA Avropa Liqasında ilk oyununu keçirəcək.
Avromedia.az-ın məlumatına görə, "ağ-qaralar" Bakıda Finlandiyanın HİK (Helsinki) komandası ilə qarşılaşacaq. "Bakcell Arena"da oynanılacaq görüş saat 21:00-da başlayacaq. Matçı Şotlandiyadan olan FIFA refirisi Uilyam Kollum idarə edəcək.
Paytaxt təmsilçisinin heyətində zədəli Namik Ələskərov və cəzalı Mert Çelik meydana çıxa bilməyəcək.
Qeyd edək ki, komandalar cavab qarşılaşaması avqustuna 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-offda Türkiyə "Fənərbağça"sı ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibinə rəqib olacaq.
UEFA Avropa Liqası, III təsnifat mərhələsi
İlk oyun
3 avqust
21:00. "Neftçi" - HİK (Helsinki, Finlandiya)
Hakimlər: Uilyam Kollum, Devid Makgiçi, Şon Karr, Yuan Anderson (Şotlandiya)
Bakı. "Bakcell Arena"
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ