Neymar: “Meydanda ölməli olsam da, hər şeyi edəcəyəm”
Tarix: 3-05-2021, 09:47
Baxılıb: 2 533
Google+ Paylaş
Tumblr Paylaş

Neymar: “Meydanda ölməli olsam da, hər şeyi edəcəyəm”

3-05-2021, 09:47

PSJ-nin forvardı Neymar Çempionlar Liqasının yarımfinalı çərçivəsində “Mançester Siti” ilə cavab oyunu barədə gözləntilərini açıqlayıb.
Sports.ru xəbər verir ki, braziliyalı futbolçu özünə inam hissinin vacib olduğunu qeyd edib.
“İlk növbədə yaxşı dincəlmək, daha sonra isə diqqətimizi Çempionlar Liqası üzərində cəmləmək lazımdır. “Mançester Siti” ilə ilk matçımız çox ağır oldu. Lakin biz statistikanın nə deməsindən asılı olmayaraq, özümüzə inanmalıyıq. Fikrimcə, hər bir parisli bizə inanmalıdır. Mən öndə, komandam uğrunda döyüşə qatılan ilk döyüşçü olacağam. Əlimdən gələni edəcəyəm. Meydanda ölməli olsam da, hər şeyi edəcəyəm”, -deyə Neymar bildirib. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ