Bəşər Əsəd yenidən prezidentliyə namizəd oldu
Tarix: 21-04-2021, 18:41
Baxılıb: 3 495
Google+ Paylaş
Tumblr Paylaş

Bəşər Əsəd yenidən prezidentliyə namizəd oldu

21-04-2021, 18:41

Bəşər Əsəd növbəti dəfə prezidentliyə namizədliyini irəli sürüb.
Avromedia.az xəbər verir ki, bu barədə Suriya parlamentinin Xalq Şurasının rəhbəri Həmmuda Səbbah parlament iclasında açıqlama verib.
“Xalq Şurasının başçısı, Şuranın Bəşər Hafiz Əsədin prezidentliyə namizədliyinin qeydə alınması barədə Ali Konstitusiya Məhkəməsi tərəfindən məlumatlandırıldığını açıqlayıb. Bəşər Əsəd prezident seçkiləri üçün namizədliyini irəli sürən altıncı şəxs olub”,-deyə Suriya Dövlət İnformasiya Agentliyinin məlumatında bildirilir.
Qeyd edək ki, Suriyada prezident seçkiləri 26 mayda keçiriləcək. Namizədlərin qeydiyyatı 19 aprel tarixində başlayıb. Bir qadın daxil olmaqla 6 nəfər prezidentliyə namizədliyini irəli sürüb. Parlamentdə keçiriləcək səsvermədə ən azı 35 millət vəkilinin səsini alan namizədlər prezidentlik uğrunda mübarizədə iştirak edə biləcəklər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ