Rza Zərrab ABŞ-dan "yoxa çıxdı"
Tarix: 29-04-2019, 20:08
Baxılıb: 145
Google+ Paylaş
Tumblr Paylaş

Rza Zərrab ABŞ-dan "yoxa çıxdı"

29-04-2019, 20:08

2016-cı ildə ABŞ-da həbs olunan və sonradan istintaqla sövdələşməyə girərək həbsxanadan buraxılan Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabı indi də Türkiyədə axtarırlar. İstanbul məhkəməsi tərəfindən qanunu pozduğuna görə 3 il həbs cəzası verilən Rza Zərrabın ABŞ-da olduğu məlum olsa da, dəqiq ünvanı naməlumdur.
 
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq onun yaşadığı yerlə bağlı ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna və aidiyyati nazirliklərə rəsmi sorğu göndərilib.
 
Məhkəmədə ifadə verən Rza Zərrabın vəkili onun həbsi ilə bağlı qərarın ləğvini istəyib. Vəkil bildirib ki, müvəkkili dindirildikdən sonra onu müdafiə edəcək. Məhkəmə hakimi isə tələbi rədd edib.
 
Məhkəmənin qərarında Zərrabın yaşadığı son ünvan kimi ABŞ-da Mayami həbsxanası göstərilir. Hazırda məhkəmə Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və ABŞ-ın İstanbuldakı Baş Konsulluğundan gələcək cavabları gözləyir.
 
Qeyd edək ki, məhkəmənin həbs cəzası ilə bağlı qərarına səbəb R. Zərrabın 2011-ci ildə 40 milyon dollar aldığı İstanbulun Kanlıca sahillərində yerləşən tarixi malikanəyə əlavə mərtəbə artırması, lift quraşdırması olub. Onun bu imarəti həyat yoldaşı Ebru Gündeşə hədiyyə etdiyi bildirilir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ