Meşə yanğını qaz təsərrüfatına ziyan vurdu
Tarix: 17-08-2022, 21:13
Baxılıb: 1 283
Google+ Paylaş
Tumblr Paylaş

Meşə yanğını qaz təsərrüfatına ziyan vurdu

17-08-2022, 21:13

Şabran rayonu ərazisində baş verən yanğın qaz təsərrüfatına da zərər vurub.
Bu barədə Avromedia.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
"Avqustun 15-də Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunduğu və Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə, Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırıldığı haqqında tərəfimizdən məlumat verilib. Yanğın hələ də davam etdiyi üçün Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatı bərpa olunmayıb. Yanğın nəticəsində 4 ədəd sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı yanaraq istismardan çıxıb. Yanan sayğaclardan 3 ədədi yenisi ilə əvəz olunub, 1 ədədi isə fərdi yaşayış evinin tamami ilə yanması səbəbindən əvəz edilməyib", - məlumatda qeyd olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ