Lahıcda uçqun olub
Tarix: 19-03-2022, 20:00
Baxılıb: 1 515
Google+ Paylaş
Tumblr Paylaş

Lahıcda uçqun olub

19-03-2022, 20:00

İsmayıllının yüksək dağlıq ərazilərindəki kəndlərdə qarın hündürlüyü yarım metr, bəzi yerlərdə isə bir metrədək olub.

Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdağ, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərində əhalinin rayon mərkəzinə minik avtomobilləri ilə gediş-gəlişi dayanıb, yalnız yük maşınları ilə hərəkət etmək mümkündür. Bəzi kəndlərdə qarın ağırlığına tab gətirməyən köhnə elektrik dirəkləri aşıb, naqillər qırılıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Bir neçə evin, tövlənin və yarımtikilinin dam örtüyü qarın təsirindən çöküb.

Qeyd edək ki, İsmayıllı-Lahıc avtomobil yolunun keçdiyi Niyal dağ silsiləsində qar uçqunu baş verib. Hündür dağlardan gələn böyük qar kütləsi avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Yolun açılması üçün əraziyə ağır texnikalar cəlb olunub. Lahıc qəsəbəsinin icra nümayəndəsi Əli Əlizadənin verdiyi məlumata görə, dünəndən başlayan güclü qar səbəbindən İsmayıllı-Lahıc avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində iki dəfə qar uçqunu baş verib. Yolda hərəkət bir saat dayanıb. Yol istismar idarəsinin əməkdaşları tərəfindən əraziyə ağır texnika cəlb olunub və avtomobillərin hərəkəti bərpa edilib.

Girdiman çayından yuxarı dağətəyi kəndlərə də yağan qar səbəbindən kəndlərlə qəsəbə arasında gediş-gəliş müvəqqəti dayanıb.

İsmayıllı, Ağsu və Şamaxı ərazisinə yağan qar səbəbindən Ağsu dolaylarında, Muğanlı-İsmayıllı, Lahıc-Dəmirçi-Pirqulu yollarında da avtomobillərin hərəkəti çətinləşib.

Hazırda yolların qardan və buzdan təmizlənməsi, nəqliyyat vasitələrinin intensiv hərəkəti üçün işlər görülür

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ