Ədavət güllələnmə ilə NƏTİCƏLƏNDİ - 12 YARALI
Tarix: 8-09-2021, 08:32
Baxılıb: 2 202
Google+ Paylaş
Tumblr Paylaş

Ədavət güllələnmə ilə NƏTİCƏLƏNDİ - 12 YARALI

8-09-2021, 08:32

Türkiyənin İzmir şəhərində iki nəfər ədavətləri olan ailəyə silahla hücum edib.
Avromedia.az TRT-yə istinadən xəbər verir ki, hücum nəticəsində biri körpə, beşi uşaq olmaqla, 12 nəfər yaralanıb.
Hadisə İzmirin Güney məhəlləsində baş verib. Burada yaşayan iki ailə arasında uzun müddətdir davam edən ədavət səbəbindən iki nəfər özləri ilə gətirdikləri tüfənglərlə aralarında körpə və uşaqların da olduğu insanlara atəş açıblar.
Yaralılar Tepecik və Bozkara Tədris və Araşdırma Xəstəxanalarına çatdırılıblar.
Hadisə zamanı yaralanan bir yaşlı körpəyə yeddi qəlpə dəyib və vəziyyəti ağırdır.
Cinayətkarlar saxlanılıb, faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ