Bakıda ağır qəza YARALILAR VAR
Tarix: 3-08-2021, 09:02
Baxılıb: 2 175
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda ağır qəza YARALILAR VAR

3-08-2021, 09:02

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avromedia.az xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, təcili yardım avtomobili ilə "Opel" markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza zamanı təcili tibbi yardım avtomobilində olan 1961-cı il təvəllüdlü İskəndərova Firəngiz İsa qızı, 1979-cu il təvəllüdlü Kərbalayeva Aynurə Arif qızı və 1967-ci il təvəllüdlü Bağırov Vəfadar Əmirşah oğlu, "Opel" markalı avtomobildə olan 1989-cu il Novruzov Röyal Əziz oğlu, 1957-ci il təvəllüdlü Hüseynov Ramiz Alış oğlu və 2007-ci il təvəllüdlü Novruzov Əfsun Əziz oğlu xəsarət alıb.
Bütün yaralılar xəstəxanaya aparılıb. "Opel" markalı nəqliyyat vasitəsinin sürücüsü Ramiz Hüseynovun vəziyyəti ağır olduğu üçün həkim nəzarətinə götürülüb.
Ona başın yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.Report
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ