Antalyada DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü, 16 nəfər yaralandı
Tarix: 3-08-2021, 08:12
Baxılıb: 3 169
Google+ Paylaş
Tumblr Paylaş

Antalyada DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü, 16 nəfər yaralandı

3-08-2021, 08:12

Türkiyənin Antalya vilayətinin Manavgat şəhərində turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Avromedia.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 3 nəfər Rusiya vətəndaşı həlak olub, digər 16 nəfər xəsarət alıb.
Qeyd edilib ki, rusiyalı turistləri daşıyan avtobus əvvəlcə yolayırıcı bəndə çırpılıb, sonra isə qarşı zolağa çıxaraq aşıb.
İlkin məlumata görə, avtobusda aralarında doqquzu uşaq olmaqla 22 sərnişin daşınıb.
Hadisə yerinə xeyli sayda polis və təcili yardım maşınları cəlb edilib. Yaralananlar xəstəxanalara yerləşdirilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ