Müğənninin bıçaqlanma videosu, DİN-in müdaxiləsi...
Tarix: 27-07-2021, 08:19
Baxılıb: 1 196
Google+ Paylaş
Tumblr Paylaş

Müğənninin bıçaqlanma videosu, DİN-in müdaxiləsi...

27-07-2021, 08:19

Ötən gün mediada tükürpədici qətl görüntüləri yayıldı. İddia edildi ki, bu qorxulu kadrlar iyulun 16-da Bakıdakı otellərin birində müğənni Aygün Mirzəyevanın bıçaqlanması videosudur.
Bir çox nüfuzlu platformalar da bu görüntünün əsirini çevrildi, tirajladı və ehtimallarını da yaydı: “Qadın xəyanət edir, kişi isə buna dözməyərək hər iki xəyanətkarı bıçaqlayır”.
Məsələnin mediada bu şəkildə qabardılmasından sonra DİN məcbur olub, müdaxilə etdi və açıqlama yayaraq bildirdi ki, yayılan videonun A.Mirzəyevanın qətli ilə heç bir əlaqəsi yoxdur, o qətliam ABŞ-ın Florida ştatında baş verib. Florida ştatında bir kişinin arvadı kimi təsvir olunan qadını və sevgilisini öldürdüyünü iddia edən video onlayn yayılıb. Video ilk dəfə cümə günü Tvitter platformasında paylaşılıb.
10 milyon baxış toplayan ABŞ-dakı qətliam videosunun Azərbaycan oxucusuna bu halda çatdırılması, araşdırılmamış qabardılması olduqca təəssüf doğurur.
Əvvəla, media bu cür həssas məsələni mütləq yoxlamalı idi.
İkincisi, hətta informasiya doğru olsaydı belə, bu videonun tirajlanması qaydasına əməl olunmalıydı. Açıq-aşkar göstərilən qətl, əxlaqsızlıq görüntüləri, inanılmaz qəzəb və aqressiya, hər tərəfə səpələnən qan... Bu qan saçan videonu media necə yaya bilər?
Üçüncüsü, videonun paylaşılmasını əngəlləyən və dəqiqləşmə aparılmasını vacib edən məqam var: əgər hadisə Azərbaycanda və oteldə olubsa da, otelin yataq otağında kamera nə gəzir? Otel niyə müştərilərin şəxsi həyatına müdaxilə edir? Bu video necə rahat şəkildə mediaya ayaq aça bilər?
Əslində o videonun yayılması ilə mediamız dərhal bu suala cavab axtarmalı idi: otelin yataq otağında kamera niyə quraşdırılıb və buna cavabdeh kimdir?
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsi həyatın toxunulmazlığını pozma maddəsinə (156.1) var. Yəni hətta o videodakı səhnə yazılanlara və təqdimata uyğun olsaydı belə, verilməməli idi.
Amma hansısa ölkədə baş verən qətliam videosunu “özümüzünkü” kimi verməklə, media həm etibarını azaltdı, həm də media qanununu, CM-i pozmuş oldu.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ