Elektrikli samokat rusiyalı alimin həyatına son qoydu - FOTO
Tarix: 16-07-2021, 08:14
Baxılıb: 3 897
Google+ Paylaş
Tumblr Paylaş

Elektrikli samokat rusiyalı alimin həyatına son qoydu - FOTO

16-07-2021, 08:14

Rusiyada biologiya elmləri doktoru, fizioloq alim İvan Piqarev işə velosipedlə yollanarkən skuterlə toqquşub və aldığı xəsarətlərdən ölüb.
RBK-nın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası İnformasiya Yayımları Problemləri İnstitutunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, toqquşmadan sonra hər iki zərərçəkən reanimasiyaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq 80 yaşlı alimin həyatını xilas etmək mümkün olmayıb.
Piqarev, yuxu fiziologiyası sahəsində mütəxəssis və Rusiya Elmlər Akademiyası İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun sensor sistemlərində məlumat ötürmə laboratoriyasının baş tədqiqatçısı idi.
Qeyd edək ki, İvan Piqarev rusiyalı diplomat, şair Fyodor Tyutçevin nəvəsi olub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ