Əhmədli stansiyasında tüstülənmə olub
Tarix: 16-06-2021, 09:46
Baxılıb: 3 471
Google+ Paylaş
Tumblr Paylaş

Əhmədli stansiyasında tüstülənmə olub

16-06-2021, 09:46

Bu gün səhər saatlarında Bakı Metropoliteni QSC-nin "Əhmədli" stansiyasının yaxınlığındakı şaxtada, kabel muftasında qısaqapanma baş verib.

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, elektrik mühafizəsi dərhal işə düşərək onu açıb və ehtiyat kabel qoşulub:

“Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində 2 dəqiqə fasilə olub. Metropolitenin iş rejimində dəyişiklik yoxdur".

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ