FACİƏ- Kran ölümə səbəb oldu
Tarix: 14-06-2021, 17:49
Baxılıb: 3 898
Google+ Paylaş
Tumblr Paylaş

FACİƏ- Kran ölümə səbəb oldu

14-06-2021, 17:49

Zaqatala rayonunda qaldırıcı kran bir nəfəri vurub öldürüb.

Zaqatala rayon prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Göyəm kəndində baş verib. Kənd sakini Şəmsəddin İgidovun stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Nail Bayramov idarə etdiyi 62-AC- 524 dövlət qeydiyyat nişanlı kranla həmkəndlisinin həyətində müəyyən işlər görən zaman kranın sürücü kabinəsini döndərərkən kabinənin arxa hissəsinin orada dayanan digər həmkəndlisi Şəmsəddin İgidova dəyməsi nəticəsində sonuncu xəsarət alıb, göstərilmiş tibbi yardıma baxmayaraq aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ