Hərarəti olan bir şagird imtahana buraxılmadı - DİM
Tarix: 2-06-2021, 17:11
Baxılıb: 3 233
Google+ Paylaş
Tumblr Paylaş

Hərarəti olan bir şagird imtahana buraxılmadı - DİM

2-06-2021, 17:11

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.
DİM-dən Avromedia.az-a bildirilib ki, imtahanlar 12 şəhər və rayonda keçirilib.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 87 imtahan binası, 1446 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 87 ümumi imtahan rəhbəri, 236 imtahan rəhbəri, 1757 nəzarətçi-müəllim, 174 buraxılışı rejimi əməkdaşı (mühafizə), 87 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 18 609 şagirdin iştirakı gözlənilirdi.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.
İmtahan nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ