Erməni zabit sərxoş vəziyyətdə qəza törətdi
Tarix: 1-06-2021, 08:20
Baxılıb: 1 182
Google+ Paylaş
Tumblr Paylaş

Erməni zabit sərxoş vəziyyətdə qəza törətdi

1-06-2021, 08:20

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra nizam-intizamın daha da aşağı düşdüyü Ermənistan ordusunda qalmaqallı hadisələrin sayı getdikcə artır. Növbəti belə hadisələrdən biri Ermənistan ordusunun sərxoş zabiti tərəfindən törədilib.
Avromedia.az erməni KİV-lərinə istinadla xəbər verir ki, artilleriya alayının zabiti Gevork Petrosyan dostları ilə birgə içki məclisində xeyli spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə şəxsi avtomobili ilə yol-nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində iki mülki şəxs xəsarət alıb. Zabit isə təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı hərbi polis tərəfindən araşdırma aparılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ