Bu gün üç astronomik hadisə baş verəcək
Tarix: 26-05-2021, 09:17
Baxılıb: 1 544
Google+ Paylaş
Tumblr Paylaş

Bu gün üç astronomik hadisə baş verəcək

26-05-2021, 09:17

Bu gün üç astronomik hadisə baş verəcək.
Bu barədə “RİA Novosti” Moskva planetariyasına istinadla xəbər verib.
Məlumata görə, ilk olaraq “Super Ay” hadisəsi müşahidə olunacaq: Səhər tezdən Ay Yerə maksimum səviyyədə yaxınlaşacaq.
İkincisi – Tünd Qırmızı Ay tutulması olacaq.
Üçüncüsü – Tam Ay tutulması baş verəcək.
Kosmik hadisələr Moskva vaxtı ilə saat 14.19 (Bakı vaxtı ilə 15.19) üçün proqnozlaşdırılıb.
Qeyd edək ki, sözügedən astronomik hadisələr 12 ildən bir üst-üstə düşür.
O da vurğulanıb ki, Qırmızı Ay tutulması zamanı Yerin təbii peykini mavi “tac” əhatə edə bilər.
Elm adamlarının sözlərinə görə, Ayın görünüşünə atmosfer ozonu  təsir edəcək. Çünki Ay Yerin şimal yarımkürəsində ozon qatından keçən Günəş şüaları ilə işıqlanacaq. Əgər belə olarsa, Ayın üst hissəsi yüngülcə mavi rəngə çalacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ