Bakıda ağır qəza: yaralılar var
Tarix: 24-05-2021, 23:35
Baxılıb: 1 150
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda ağır qəza: yaralılar var

24-05-2021, 23:35

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avromedia.az Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Verdixanova Aysel Şahin qızı, 1957-ci il təvəllüdlü Əliyeva Minarə Vəfadar qızı və onun nəvəsi, 2007-ci il təvəllüdlü İsmayılzadə Beyrək Anar oğlu, eləcə də 1973-cü il təvəllüdlü Məmmədova Səadət Musa qızı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. A.Verdixanovaya qapalı kəllə-beyin travması, M.Əliyevaya döş qəfəsinin əziyi və qapalı kəllə-beyin travması, B.İsmayılzadəyə qapalı kəllə-beyin, S.Məmmədovaya isə sol baldırın sınığı və döş qəfəsinin əziyi diaqnozları qoyulub. Yaralıların hamısı reanimasiyaya yerləşdirilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ