Gürcüstanda azərbaycanlılara qarşı kütləvi hücum- Xəsarət alanlar var - VİDEO
Tarix: 17-05-2021, 08:00
Baxılıb: 3 245
Google+ Paylaş
Tumblr Paylaş

Gürcüstanda azərbaycanlılara qarşı kütləvi hücum- Xəsarət alanlar var - VİDEO

17-05-2021, 08:00

Gürcüstanın Dmanisi rayonunda kütləvi dava olub.
Qarşıdurma yerli azərbaycanlılar və Svaneti bölgəsindən olan şəxslər arasında baş verib.
İnsidentdən öncə tərəflər mübahisə ediblər. Əllərində dəyənəklər və digər küt alətlər olan svanlar azərbaycanlılardan birinə məxsus mağazaya hücum edərək dağıntılar törədiblər.
Otuza yaxın şəxsin iştirak etdiyi dava zamanı bir neçə nəfərin ağır xəsarətlər aldığı bildirilir. Xəsarət alanlar arasında mağaza sahibinin qohumları da var.
Qarşıdurmaya səbəb kimi marketdə svanlara məhsulun nisyə satılmaması olub.
Hadisənin şahidləri bildiriblər ki, Dmanisidə azərbaycanlılara məxsus ticarət obyektlərində bu cür hal ilk dəfə baş vermir: “Polisə bununla bağlı şikayətlər olunsa da, hələ heç bir ölçü götürülməyib”.
Hazırda insidentin baş verdiyi ərazidə istintaq tədbirləri həyata keçirilir. Yerli azərbaycanlılar marketin yaxınlığında toplaşıblar. Onlar hadisənin etnik zəmində baş verdiyini iddia edirlər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ