Qəbələdə dəhşətli qəza: 3 ölü, 3 yaralı...
Tarix: 5-05-2021, 23:27
Baxılıb: 1 255
Google+ Paylaş
Tumblr Paylaş

Qəbələdə dəhşətli qəza: 3 ölü, 3 yaralı...

5-05-2021, 23:27

Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avromedia.az Report-a istinadən xəbər verir ki, hadisə Ağdaş-Zarağan avtomobil yolunun, rayonun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qəbələ rayon Bum kənd sakini Tərlan Tapdıq oğlunun idarə etdiyi "Mersedes" markalı avtomobillə Göyçay rayon sakini Nəsib Şakir oğlunun (soyadı dəqiqləşdirilir-red) sükanı arxasında olduğu VAZ-2107 markalı avtomobil toqquşub.
Nəticədə VAZ-2107-də olan 1964-cü il təvəllüdlü Vilayət Baxış qızı Yusifova hadisə yerində ölüb. Avtomobilin sürücüsü N.Yusifov və sərnişini, 2019-cu il təvəllüdlü Dəniz Ramil qızı Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, xəstəxanada vəfat orada keçiniblər. VAZ-2017-də olan 36 yaşlı Mehriban Məmmədova, 24 yaşlı Xəyalə Bəkirova və 7 yaşlı İsmayıl Məmmədov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, qəzada ölən və yaralananlar bir ailənin üzvləri və yaxın qohumlardır.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ