Ərini itlərə yem edən rusiyalı qadına ağır cəza
Tarix: 2-07-2019, 08:00
Baxılıb: 733
Google+ Paylaş
Tumblr Paylaş

Ərini itlərə yem edən rusiyalı qadına ağır cəza

2-07-2019, 08:00

İspaniyada Rusiya vətəndaşına 14 il həbs cəzası verilib.
Avromedia.az bildirir ki, Svetlana Batukova ərini öldürməkdə və itinə yedirtməkdə ittiham olunub.
Prokurorluğun iddiasına görə, qadın ərinə uyuşdurucu maddələr verərək, onu huşsuz hala gətirib, ardınca isə əlinin və ayağının bir hissəsini kəsərək itinə verib.
Həbs edilən rus qadın isə özünü məsum hesab edir. O bildirib ki, əri itlərin hücumuna məruz qalıb və hadisə zamanı ölüb.
Məhkəmə S.Batukovanın ərini diri-diri itlərə yedirtməsi iddiası ilə razılaşmayıb və qərar verib ki, zərərçəkmiş şəxs əvvəlcə qanaxma və şokdan ölüb, daha sonra hissələri kəsilərək itə verilib.
Qeyd edək ki, hadisə şahidlərinin məlumatına görə, tərəflər iki ilə yaxın evli olsalar da onların arasında tez-tez münaqişələr baş verirmiş.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ