Quba-Xınalıq yolu bağlandı
Tarix: 28-06-2019, 08:13
Baxılıb: 1 207
Google+ Paylaş
Tumblr Paylaş

Quba-Xınalıq yolu bağlandı

28-06-2019, 08:13

İyunun 27-də Qubanın dağlıq ərazilərinə yağan güclü leysan yağışından sonra yaranan sel Quba-Xınalıq yolunu bağlayıb.
AzərTAc xəbər verir ki, dağlardan gələn qaya parçaları və palçıq kütləsi suötürücü qurğuları bağladığından sel suları yolun hərəkət hissəsini basıb. Bu səbəbdən Xınalıq kəndinə gedən yol iki saat müddətində avtomobillərin hərəkəti üçün bağlı qalıb.

Günün ikinci yarısında başlayan leysan yağışı bir-neçə saat davam edib. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının canlı qüvvəsi və ağır texnika cəlb olunub.

Sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda Xınalıq və həmin istiqamətdə yerləşən digər 6 kəndin sakinlərinin rayon mərkəzinə gediş-gəlişi təmin edilib. Leysan yağışı kəsildiyindən yola axan suyun həcmi də azalıb. Amma suötürücü qurğular tutulduğundan sel suları yolun hərəkət hissəsi ilə axmaqda davam edir. Çətinlik yolun 36-39-cu kilometrlik hissəsində müşahidə olunur.

Güclü leysan yağışından sonra yaranan sel Quba rayonunun Qonaqkənd-Xaltan yolunda da fəsadlar törədib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ